ABŞ QQ yeni kəşfiyyat analiz texnologiyası ərsəyə gətirib

2018/11/Soldi-1542115055.jpg
Oxunub: 316     19:43     13 Noyabr 2018    
ABŞ Quru Qoşunları çoxsaylı mənbədən əldə edilən məlumatları birləşdirmək və təşkilatlandırmaq məqsədilə yeni kəşfiyyat analiz texnologiyası hazırlayıb.

Ordu.az xəbər verir ki, bu texnologiyanın təkmilləşdirilməsində ABŞ QQ “Raytheon” firması ilə birlikdə çalışıb.

Məlumata görə, texnologiyanın üstünlüyü onun dron videoları, peyk görüntüləri, düşmənin hərəkəti ilə bağlı məlumatlar və döyüş planlaşdırılmasına dair digər əhəmiyyətli elementlərin inteqrasiyası və emalını sürətləndirməkdir.

“FoxTen” adı verilən texnologiya insan kəşfiyyatı (HUMINT), siqnallar kəşfiyyatı (SIGINT), kibertəhlükəsizlik istiqamətli məlumatlar, döyüş meydanına dair məlumatlar və s. kimi mənbələrdən əldə edilən bilgiləri toplamaq və təşkilatlandırmaq üçün kommersiya məqsədilə təkmilləşdirilmiş proqram təminatından istifadə edir.

Təxminən 500 fərqli mənbədən məlumat emalını həyata keçirə biləcək imkanlara malik olduğu bildirilən texnologiyanın hazırda geniş miqyaslı sınaqları həyata keçirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   QQ   KAT  

ABŞ QQ yeni kəşfiyyat analiz texnologiyası ərsəyə gətirib

2018/11/Soldi-1542115055.jpg
Oxunub: 317     19:43     13 Noyabr 2018    