Böyük Britaniya limitsiz sayda hərbi ləvazimatı Çinə satacaq

2018/11/China-1542030448.jpg
Oxunub: 434     20:54     12 Noyabr 2018    
Böyük Britaniya şirkəti Çin ordusuna məhdudiyyətsiz miqdarda hərbi məhsul satmağa hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın Beynəlxalq Ticarət Nazirliyindən yayılıb.

Bildirilir ki, adı açıqlanmayan şirkət məhdudlaşdırılmış məhsulların satışına icazə verən Açıq Fərdi İxrac Lisenziyası əldə edib. Bu lisenziya adətən 2-5 il arası müddətə malik olur. Bu məsələdə isə müddətlə bağlı məlumat verilməyib.

Qeyd olunur ki, lisenziya hərbi təyyarələr, helikopterlər və dronlar üçün nişan alma, silah nəzarəti və əks tədbirlər sistemlərini əhatə edir. Bununla yanaşı, şirkətin Çinə hərbi radar sistemləri üçün proqram təminatı və texnologiya da satacağı gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Çin  

Böyük Britaniya limitsiz sayda hərbi ləvazimatı Çinə satacaq

2018/11/China-1542030448.jpg
Oxunub: 435     20:54     12 Noyabr 2018    