“Defense News”: Çin terrora qarşı qlobal müharibədə necə qalib gəldi

2018/11/N5ACV-1542028985.jpg
Oxunub: 482     22:21     12 Noyabr 2018    
2001-ci il sentyabrın 11-də ABŞ mübahisəsiz supergüc idi və milli gücün bütün qolları boyunca üstünlüyə sahib idi. ABŞ görülməmiş diplomatik və hərbi imkanlara sahib idi. Onun kompaniyaları ABŞ-da dünyaya yayılan internetə dominantlıq edir, işıq sürəti ilə yumşaq güc yayırdı.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, ABŞ iqtisadiyyatı dünyanın Ümumi Daxili Məhsulunun 32%-ni əlində cəmləyirdi, milli borcu 6 trilyondan az idi.

Bu zaman gerçək mənada “yaxın rəqib” ifadəsi işlətmək gülünc səslənərdi. Lakin ABŞ-ın iqtisadi mərkəzinin simvolu terror hücumu nəticəsində dünyanın gözü önündə toz hissəciklərinə çevrildi.

Bundan sonra Əfqanıstana hücum, İraqın işğalı kimi silsilə hadisələr başlandı. Artıq 17 ildir ki, bu təhdidlər Amerikanın strateji baş bəlasına çevrildi və Milli Müdafiə Siyasətində artıq ölkənin güclü rəqiblərlə üz-üzə olduğu etiraf edilir.

Nə baş verdi? ABŞ terrorla qlobal müharibə apararkən, Çin bunda qalib gəldi. Müharibədə qalib gəlmək düşməndən daha yaxşı vəziyyətdə qalmaq mənasına gəlir. Lakin bəzən qələbə həm də bir müharibədən özünün strateji üstünlüyü üçün istifadə etmək kimi də başa düşülə bilər. Məsələn Birinci Dünya Müharibəsi zamanı Avropadan olan güclər Asiya-Sakit okean regionunda genişlənməklə məşğul olarkən, bundan istifadə edən Yaponiya həmin müharibənin qalibi hesab edilə bilər. Məhz bu qələbə İkinci Dünya Müharibəsində müttəfiq qüvvələrin qanı və maliyyəsinə bədəl oldu.

Çin ABŞ-ın terrorla müharibəsindən strateji üstünlüyü üçün istifadə etdi və inanılmaz nəticələr əldə edə bildiyini demək mümkündür. 2002-ci ildə özünün “Çinin sülhməramlı yüksəlişi” siyasətini elan etdi və ABŞ-la arasındakı fərqi iki dəfə azaltdı.

Geosiyasi olaraq o təsir dairəsinin sferasını olduqca genişləndirib. O, beynəlxalq hüququ çiynəyərək Cənubi Çin dənizindəki arxipelaqların bir hissəsini ələ keçirib və oranı hərbiləşdirib. ABŞ buna etiraz etsə də, onun terrorla müharibəsi hansısa ciddi bir güc göstərişinə əngəl oldu.

Bu gün artıq ABŞ iqtisadiyyatının dünyadakı payı 25%-in altına düşüb və onun milli borcu 21 trilyondan çoxdur. İnformasiya dövründə Çin artıq informasiya dominantlığı üçün öz oyununu oynayır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

“Defense News”: Çin terrora qarşı qlobal müharibədə necə qalib gəldi

2018/11/N5ACV-1542028985.jpg
Oxunub: 483     22:21     12 Noyabr 2018    