Almaniya Nigerdə hərbi düşərgə açıb

2018/11/46252-1542028231.jpg
Oxunub: 557     19:42     12 Noyabr 2018    
Almaniya Silahlı Qüvvələri Nigerin paytaxtı Niameydə yeni hərbi düşərgə formalaşdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, düşərgənin açılışını ölkənin Müdafiə naziri Ursula von der Leyen edib.

Açılışda çıxış edən Leyen Sahel regionunun digər ölkələri kimi Nigerin də Avropanın qonşuluğunun bir parçası olduğunu və Almaniyanın buranı strateji partnyor kimi gördüyünü bildirib.

Səfəri çərçivəsində o, Niger Müdafiə naziri Kalla Moutariyə ölkənin hərbi imkanlarının gücləndirilməsi məqsədilə 53 hərbi nəqliyyat vasitəsi təqdim edib.

Qeyd edək ki, Niger regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə formalaşdırılmış G5 Sahel qrupunun tərkib hissəsidir. Bu qrupa daxil olan digər ölkələr Burkina Faso, Çad, Mali, Mavritaniyadır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Niger  

Almaniya Nigerdə hərbi düşərgə açıb

2018/11/46252-1542028231.jpg
Oxunub: 558     19:42     12 Noyabr 2018    