Lukaşenko və Nazarbayevdən uğurlu KTMT siyasəti: Kölgədə qalanlar və qalmayanlar

2018/11/23443-1542027491.jpg
Oxunub: 1803     16:43     12 Noyabr 2018    
Bir neçə gün öncə Astanada baş tutan KTMT-yə üzv ölkə rəhbərlərinin sammitində faktiki olaraq məlum oldu ki, təşkilata üzv bir sıra ölkələr Ermənistanın Baş katib kvotasını davam etdirməsinə razı deyillər və bu vəzifənin əlifba sırasına görə Belarusa ötürülməsini təklif edirlər.

Bu barədə məlumatları Qazaxstan prezidenti Nursultan Nazarbayev də təsdiqlədi. Nazarbayev, bunu Ermənistanın səlahiyyət müddətinə 1 il qalması və yeni katibin həmin müddət ərzində üzv dövlətlərlə tam həcmdə işləməyə başlamağa vaxtının yetərli olmayacağı ilə izah edib.

Əlbəttə Nazarbayevin açıqlaması haqlı hesab olunur. Lakin erməni KİV-ləri baş verənlərə olduqca qısqanc yanaşaraq artıq Ermənistanın KTMT-də Baş katib postuna əhəmiyyət verməməli olduğunu, təşkilatın formal xarakter daşıdığını, hətta Rusuiyanın Ermənistana borcu olduğunu tirajlayırlar.

"Aydındır ki, Nazarbayevin açıqlaması daha çox kvotanın Ermənistanda qalmamasına görə bir bəhanədir. Təşkilatın nüfuzu deyilən fikirin özü belə formal xarakter daşıyır. Çünki həmin Belarus, Qazaxıstan və Rusiya Azərbaycanla sıx hərbi texniki əməkdaşlıq münasibətləri saxlamaqla KTMT-nin digər üzvü ölan Ermənistanın maraqlarını tapdalayaraq təşkilatın nüfuzunu ələ salıblar.

Burada açıq aydın Belarusla Qazaxıstan yaranmış fürsətdən istifadə edirlər. Bu ölkələr üçün KTMT tələblər irəli sürülməsi üçün bir formatdır və Rusiyanın diqqətinə çatdıraq ki, bu yaranmış fürsətdən yararlanırlar. Belə çıxır ki, Ermənistanın yeni hakimiyyəti Xaçaturovla bağlı məsələdə onlara bu fürsəti verib. Digər tərəfdən məhz Rusiya məlum aprel hadisələrindən əvvəl Azərbaycanla apardığı siyasəti ilə Ermənistana qarşı Belarus və Qazaxıstanın fəaliyyətinə fürsət verib. Bu baxımdan Ermənistan Rusiyaya borclu deyil, əksinə Rusiyanın Ermənistana qaytarılacaq borcu var.

Hazırkı məqamda məsələ ondadır ki, İrəvan Rusiyadan bu məsələni necə tələb edəcək. Ermənistan Rusiyadan kvotanı qoruyub saxlamaq, yoxsa Rusiya qarşısında daha dərin və üzün müddətli məsələlərin tələblərini qoyacaq. Yalnız Viqen Sarkisyanın "illərlə qurulanın dağıdılması" sözlərini yazmamasına görə cəmi bir il üçün enerji və resusrs sərf etməyə dəyməz. Nəhayət Ermənistan hakimiyyəti ciddi və üzünmüddətli dövlət məsələlərində diqqətini cəmləşdirməli, o cümlədən indiki halda Baş katib məsələsini də bu anlamda baxılmalıdır. Bundan başqa Qazaxıstan və Belarus sanki KTMT-də Azərbaycanın müşahidəçi qismində cəlb edilməsi oyununa başlayıblar. Bu mənada Qazaxıstan prezidenti maraqlananların müşahidəçi kimi müraciətlərini təqdim edə biləcəkləri barədə işarə edib", - deyə erməni KİV-lərindən biri yazıb.

Göründüyü kimi, Paşinyan hakimiyyəti istənilən halda Ermənistanı nəinki KTMT-də gülünc vəziyyətə salıb, hətta Qazaxıstan və Belarus kimi böyük ölkələrin rəhbərlərinin də açıq danışmasına tövhə verib.

Təsadüfi deyil ki, bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə ölkəsinin 3 nazmizəd təklif edə biləcəyini açıqlayıb: "Əlifba sırası ilə növbəti ölkə Belarusdur və biz namizədliyimizi təklif etməyə hazır olmalıyıq. Bu gün üçün KTMT-nin Baş katibi vəzifəsinə təklif edə biləcəyim üç namizədim var".

Bir daha xatırladaq ki, Lukaşenko KTMT-nin Baş katibliyinə 3 namizədinin olduğunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə bildirib. Hər şey bu qədər açıq və sadədir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   KTMT   İflas  

Lukaşenko və Nazarbayevdən uğurlu KTMT siyasəti: Kölgədə qalanlar və qalmayanlar

2018/11/23443-1542027491.jpg
Oxunub: 1804     16:43     12 Noyabr 2018    