Ağdamda Bayraq yürüşü keçirilib - FOTOLAR

2018/11/1-1541676809.jpg
Oxunub: 1738     15:39     08 Noyabr 2018    
Ağdam rayonunda Bayraq yürüşü keçirilib.

Ordu.az-ın Qarabağ bürosunun verdiyi məlumata görə, Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə Bayraq yürüşü keçirilib.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Dörd min nəfərdən çox insan izdihamı, hərbi arkestrın marş sədaları altında Quzanlı qəsəbəsindən rayonun Bayraq meydanına yürüş edib. Bayraq yürüşündə mülki insanlarla yanaşı, "N" saylı hərbi hissənin hərbçiləri də iştirak edib.

Bayraq yürüşündə, həmçinin Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, rayon ictimaiyyətinin nümayəndələri və Bakı şəhərindən gələn elm və incəsənət nümayəndələri iştirak ediblər.

Bayraq meydanı ətrafında təşkil olunmuş tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının müstəqilliyinin qazanılması uğurda göstərilmiş səylərdən geniş söhbət açıblar.

Tədbir incəsənət nümayəndələrinin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib. Xüsusilə, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışı gənclərin coşğusuna səbəb olub.

Elgün Gəncimsoy
Ordu.az

Foto

Teqlər: Ağdam   Bayraq-yürüşü  

Ağdamda Bayraq yürüşü keçirilib - FOTOLAR

2018/11/1-1541676809.jpg
Oxunub: 1739     15:39     08 Noyabr 2018    