İlk Çin-Yapon müharibəsi: Samuraylardan müasir ordu quruculuğunadək – ARAŞDIRMA

2018/11/6-9248397288.jpg
Oxunub: 1574     10:32     05 Noyabr 2018    
Yaponiyada 1868-1889-cu illərdə imperator Mutcuxito tərəfindən həyata keçirilən, geridə qalan aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksini çox vaxt "Meydzi inqilabı" da adlandırırlar.

Yaponlar samuray idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator üsul-idarəsinə surətli keçid etdilər. İslahat, dövlət və ordu quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə əhəmiyətli dərəcədə təsir etdi. Yeni yapon milli dövlətçiliyinin və dəyərlərinin formalaşması məhz Meydzi islahatı ilə bağlıdır. Meydzi illəri ənənəvi yapon həyat tərzinin qərb sivilizasiyasının nailiyətləri ilə sürətli əvəz edilməsilə səciyyələnir. Buna görə, Meydzi islahatını bəzən "Meydzi inqilabı" da adlandırırlar.

İslahatlar

Bu islahatlar nəticəsində feodalizm ləğv edildi, böyük torpaq sahiblərinin əksəriyyəti könüllü olaraq samuraylar və icma adamları üzərindəki nəzarəti imperatora təslim etdilər. Bir imperator fərmanında elan edilirdi: "Biz klanları ləğv edirik və onları prefekturalara dəyişdiririk".

Ölkədə parlament sistemi yenidən quruldu və qanun qarşısında bərabərlik tətbiq edildi, bu düşüncəyə görə sinfindən asılı olmayaraq bütün şəxslər eyni imperatorun təbəələrinə çevrildilər. İslahatçılar cinayət hüququnu da Qərb qaydalarına uyğun dəyişdirdilər, avropalıların barbarlıq hesab etdikləri qəribə və qəddar cəzaları ləğv etdilər. Prussiya modelində yeni ordu yaradıldı. 1871-ci ildə samuraylar iki qılınc gəzdirmək barədəki tarixi hüquqlarını itirdilər. Bu vaxt onları ordu zabitləri kimi xidmətə cəlb etdilər. Artıq samuraylar klan başçısının silah gəzdirəni deyildilər. Hərbi-dəniz donanması bir qədər sonra Böyük Britaniya modelində quruldu. Orduya və valyutaya nəzarət mərkəzi hökumətə keçdi və onluq sistemdə olan milli valyuta sistemi tətbiq edildi. Milli poçt xidməti fəaliyyətə başladı, hər şeydən əvvəl isə milli təhsil sistemi tezliklə Yaponiyanı yüksək savadlılıq səviyyəsinə gətirib çıxardı.

Buddizm bəyənilmirdi və nəticədə buddist monastrlarının mülkiyyəti müsadirə edildi. Şintoizm hökumətin rəğbət bəslədiyi istiqamət idi. Şintoizm milli hisslərə dini çalar verir və imperator ailəsinin müqəddəsləşdirilməsini təzələyirdi. 1889-cu ildə konstitusiya dərc olundu. Bu sənəd o vaxtlar Qərbdə mövcud olan ümumi vətəndaş azadlıqlarını bərqərar edir və parlamenti iki palata ilə təmin edirdi. Lakin əsas qanun, həmçinin imperatorun "ali" və "əbədi" hakimiyyətini vurğulayırdı. Nazirlər də qanuni qaydada imperator qarşısında cavabdeh idilər. Təcrübədə yeni Yaponiyada imperator heç vaxt aktiv qaydada hökuməti idarə etmirdi. Keçmişdə olduğu kimi, o kənarda qalır və siyasi liderlər heç vaxt parlament qarşısında tam cavabdeh olmamaqla, dövlətin maraqlarına uyğun qaydada hökuməti sərbəst idarə etməyə meyl edirdilər.

Sənaye və maliyyə modernizasiyası siyasi inqilabla birgə və hətta ondan da sürətlə gedirdi. 1858-ci ildə Niderlanddan ilk buxar gəmisi alındı. 1859-cu ildə Yaponiya öz ilk xarici istiqrazını yerləşdirdi və İngiltərədə buraxılan istiqrazlarla beş milyon yen məbləğində borc götürdü. 1869-cu ildə ilk teleqraf Yokahoma və Tokionu birləşdirdi. Həmin iki şəhər arasında çəkilən dəmiryolu tikintisi 1872-ci ildə başa çatdırıldı. 1870-ci ildə ölkədə ilk əyirici maşın peyda oldu. 1854-cü ildə demək olar ki, sıfır səviyyəsində olan xarici ticarətin illik dövriyyəsi əsrin sonunda ildə 200 milyon ABŞ dolları həcminə çatdı. Əhalinin sayı 1872-ci ildəki 33 milyondan 1902-ci ildə 46 milyona qədər artmışdı. Böyük Britaniya kimi bu ada imperiyası da öz sıx əhalisini can atdığı həyat səviyyəsində saxlamaq üçün idxal və ixracdan asılı idi.

XIX əsrin sonlarında Uzaq Şərqdəki vəziyyət tədricən kəskinləşirdi. Yaponiya, "Meydzi inqilabı"ndan sonra "təcili müasirləşdirmə" prosesinin ilk mərhələsini tamamladı, iqtisadiyyatını, silahlı qüvvələrini gücləndirdi və xarici genişlənməyə hazırlaşdı.

İlk məqsəd "Yaponiyanın ürəyinə yönəldilən bıçaq" kimi mövqeyə sahib Koreya idi. Hələ 1876-cı ildə hərbi təzyiqi altında Koreya, Yaponiya ilə müqavilə imzalayaraq özünü təcrid etməyi dayandırdı və limanlarını Yaponiya ticarətinə açıq elan etdi. Növbəti iki onillikdə Yaponiya və Çin Koreyaya təsir dairəsi uğrunda mübarizə apardılar. 1885-ci ildən bu ölkə həqiqətən birgə Çin-Yapon protektoratı altına düşdü. Bu vəziyyət son dərəcə təhlükəli idi. 1894-cü ilin iyun ayında yerli hökumətin xahişi ilə Tonxaq dini məzhəbi tərəfindən qaldırılan kəndli qiyamını basdırmaq üçün Çin ordu birlikləri Koreyaya dəvət edildi. Bu bəhanədən faydalanaraq, Yaponiya da 3 dəfə daha üstün sayda qoşunlarını buraya göndərdi. Koreya kralından "islahatlar" aparılması tələb edildi.

Bu islahatlar Koreyada faktiki olaraq tam Yaponiya nəzarətinin qurulması demək idi. 23 iyul gecəsi Seulda Yaponiya qüvvələri tərəfindən hökumət çevrilişi təşkil edildi. 27 iyulda yeni hökumət çinlilərin Koreyadan çıxarılması üçün Yaponiyaya "müraciət" etdi.

Lakin iyulun 25-dən Yaponiya donanması müharibə elan etmədən Çin əleyhinə hərbi əməliyyatlar aparırırdı. Phundo adası yaxınlığındakı Asan körfəzinin girişində, Yaponiya ordusu Çinin iki piyada taborunu daşıyan ingilis istehsalı "Gaoşen" qayığını batırdı. Rəsmən müharibə başlanması yalnız 1894-cü il avqustun 1-də elan edildi. Avqustun 26-da Yaponiya Koreyanı hərbi ittifaq müqaviləsi imzalamağa məcbur edə bildi. Onun şərtlərinə görə Koreya öz ərazisindən Çin qoşunlarının çıxarılmasını Yaponiyaya etibar edirdi.

Tərəflərin qüvvələri

Meydzi islahatları sayəsində, Yaponiyada zamanın tələblərinə cavab verən ordu və donanma yaradıldı. Köhnə feodal ordunun əvəzinə 1873-cü ildə ümumvətəndaş hərbi mükələfiyyətin tətbiq olunduğu yeni bir ordu yaradıldı. Əvvəlcə ordu fransız modelində qurulsa da, 1886-cı ildən Almaniya-Prusiya modelinə üstünlük verildi. Almaniyadan Quru Qoşunlarının istifadə prinsipləri və onların təşkilati strukturu qəbul edildi. Müharibənin başlanğıcında təxminən 120 min nəfərlik ordu altı diviziyadan ibarət idi - beş əyalət və bir qvardiya. Onların silah və avadanlıqları müasir Qərbi Avropa dizaynlarına uyğun idi. Yaponiyanın donanmasının əsasını 9 ədəd zirehli kreyser təşkil edirdi. Həmçinin köhnə mülki gəmilərdən hazırlanan 22 ədəd mina gəmisi, bir neçə köməkçi kreyser də donanmanın tərkibinə daxil idi. Donanmanın döyüş hazırlığı ingilislərdən nümunə götürülərək təşkil edilirdi.

Çin ordusu isə Yaponiyadan fərqli olaraq əslində vahid orduya malik deyildi, silahlı qüvvələr etnik prinsiplər (xanlar, mançurlar, monqollar) üzərində qurulurdu və onlar bir-birindən asıl olmayan regional komandanlıqlara tabe idilər. Belə bir yarı-feodal ordu təbii ki, ciddi və təsirli döyüş hazırlığına imkan vemirdi. Müxtəlif komandirlərə tabe olan hərbi hissələr, təşkilati və silahlanma baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir və onların müasir silahlarının sayı olduqca dərəcədə az idi. 1862-ci ildə Taipin üsyanının basdırılmasından sonra Qərb nümunəsi ilə yaradılan könüllü Huai ordusu Çin Quru Qüvvələrinin ən yaxşı hissəsi hesab edilirdi.

Çinin Hərbi Dəniz Qüvvələri Quru Qoşunlarından daha yaxşı vəziyyətdə idi. Onun sərəncamında Almaniya istehsalı olan iki müasir zirehli gəmi (onlar Uzaq Şərqdə ən güclü gəmilər hesab olunurdu), iki zirehli və iki göyərtəsi zirehli olan kreyser, 13 mina gəmisi və bir sıra digər gəmilər mövcud idi. Lakin donanma da Quru Qoşunları kimi vahid deyildi. Ən müasir və güclü gəmilər bir neçə həbi dəniz birləşməsi ilə birgə Beyanq donanmasında dislokasiya olunurdu.

Koreya hüquqları

1894-cü il iyulun 29-da Sohanvan şəhəri ətrafinda keçirilən ilk döyüşdə, Ne Şiçenin ən yaxşı Huai birləşmələri Yaponiya qoşunlarına ağır ziyan vuraraq Kondjudaki əsas qüvvələrə qoşulmaq üçün şimala çəkildilər. Daha sonra isə məğlubiyyətdən və mühasirədən qaçmaq üçün dolama marşrutla Pxenyana tərəf çəkildilər. Çənubu Mançuriyadan Pxenyana tərəf Çin ordusunun Zuo Baoguy, Fenshen, Vei Zhuguya və Ma Yuikun rəhbərlik etdikləri ordular hərəkətə keçdi.

Avqustun sonunda orduya yeni təyin olunan komandan Ye Jiçao öz hərbi hissələri ilə Pxenyana yetişdi.

Bu arada, Yaponiyanın əsas qüvvələri Pxenyana tələsirdi. Sentyabrın əvvəllərində Yaponiya Pxenyan uzərinə bir neçə dəfə hücuma keçsə də, onların qarşısı general Zuo Baoguy və Vei Zhuguyanın qoşunları tərəfindən uğurla alındı. Sentyabrın 15-də Pxenyan qala divarları altında baş verən döyüş Koreya əməliyyatları üçün həlledici oldu və Çin ordusunun məğlubiyyəti ilə başa çatdı.

Sentyabr 16-da gecə saatlarında Çin ordusunun əsgərləri mövqelərini tərk edərək mühasirəni yardılar və Çin sərhədinə tərəf çəkildilər. Ne Şiçenin Andju şəhəri ətrafında müdafiə mövqelərində möhkəmlənmək təklifi Ye Jiçao tərəfindən qəbul edilmədi və onun qoşunları Yalu Jianqdan çıxarıldı. Çin Koreyanı ilk dəfə belə itirdi.

Dənizdə isə həllledici döyüş 1894-cü il sentyabrın 17-də Yalu çayının mənsəbində baş verdi. Burada Din Juçanın tabeliyindəki Beyanq donanması və yaponiyalı vitse-admiral İto Sukayukinin hərbi dəniz eskadrası qarşı-qarşıya gəldi.

1894-cü ilin erkən payızında Çin və Yaponiya donanmaları Koreya sahillərinə qoşunların daşınmasını həyata keçirən nəqliyyat və hərbi gəmiləri müşayiət etmə vəzifəsini icra edirdilər. Sentyabrın 16-da beş nəqliyyat gəmisini müşayiət edən admiral Din, cənub donanmasının digər gəmiləri ilə gücləndirilən Beyanq eskadrasının demək olar ki, bütün döyüşə hazır vasitələrini Yalu çayının mənsəbinə gətirdi.

Həmin gün admiral İto dənizdə Çin konvoyunun peyda olması barədə məlumat aldı. O, nəqliyyat gəmilərini Tedonqan çayının mənsəbində mina gəmilərinin və köhnə korvetlərin mühafizəsinə etibar edərək, əsas zərbə eskadrası və kreyser dəstəsi ilə Yalu çayının mənsəbinə doğru hərəkətə keçdi. Hər iki tərəf on ədəd döyüş gəmisinə malik idi. Say bərabərliyinə baxmayaraq, Yaponiya və Çin donanmaları tərkibinə görə çox fərqlənirdilər. Yaponiya eskadrası əsasən yüksək sürəti və çox sayda (10-12 ədəd top) orta kalibrli artilleriya vasitələrinə malik göyərtəsi zirehli kreyserlərdən ibarət idi.

Çinlilərin əsas üstünlüyü isə tərkibində istənilən Yaponiya kreyserindən daha böyük və daha yaxşı qorunan iki ədəd böyük ağır silahlı döyüş gəmisinin mövcud olmasından ibarət idi. Lakin Çin kreyserləri Yaponiya kreyserlərindən əhəmiyyətli dərəcədə kiçik idilər. Məhdud yük götürmə qabiliyyətinə malik Çin gəmiləri iri çaplı artilleriya ilə (zirehli gəmilərin hər birində dörd ədəd 12 düymlük top, bir ədəd 10 düymlük və üç ədəd 8 düymlük), həmçinin orta çaplı silahların sayı bir və ya iki olmaqla məhdudlaşırdı. Döyüş beş saat davam etdi, hər iki tərəfin mərmilərinin tükənməsi və Çinin itkilərə məruz qalması ilə sona çatdı.

Bir neçə dəniz vasitəsi itirən Beyanq donanması Veyhayveyə qayıdaraq orada gizləndi. Donanma Bohai körfəzinin hüdudlarından kənara çıxmağa cəsarət etmədi, hətta mühasirədə olan Lyuyşuna kömək üçün getməkdən belə imtina etdi.

Çin ərazilərində döyüşlər

Çin sərhəddə düşməni dayandırmağa çalışırdı. Yalu çayının mənsəbində tələsik müdafiə xətti yaradıldı və oraya Huai ordusunun 24 min əsgəri cəmləşdirildi. Oktyabrın 25-də 1-ci yapon ordusu general Yamaqatanın başçılığı altında hücuma keçdi. Yalu çayını keçən yaponlar cənub Mançuriyanı işğal edərək, hərbi əməliyyatları Çin İmperiyasının ərazisinə keçirə bildilər. Yaluya çayını keçdikdən sonra Yaponiyanın 1-ci ordusu iki hissəyə bölündü. Bir qrup, geri çəkilən Çin qoşunlarını təqib edərək Lyuyşuna bitişik bölgəni təcrid etməyə nail oldu, digər qrup isə Mukdenə hücum etmək üçün şimala tərəf istiqamət götürdü. Bəzi ərazilərdə Çin əsgərləri məhdud miqyaslı əks-hücumlar (Lyenşanqun müdafiə əməliyyatındakı əks-hücum) həyata keçirərək qismən müvəffəqiyyətlər əldə edirdilər.

Bu isə yalnız yalnız cəbhə xəttinin sabitləşməsinə və Yaponiyanın Mukdenə hücumu davam etdirməkdən imtina etməsinə səbəb oldu.

Çin ordusunun əsas qüvvələrini sıxışdıran Yaponiyanın Baş qərargahı 2-ci Ordunu yaratdı və oktyabr ayında Lyaodonq yarımadasına desant çıxardı. Lyuyşun komendantı, bir çox zabit və məmurlar qiymətli əşyalarını götürərək əvvəlcədən qaladan qaçdıllar. Qalanın daxilində intizam olmadığından qarət və talan başladı. 1894-cü ilin noyabrın 21-də yaponlar hücuma başladılar və günorta saatlarından əvvəl demək olar ki, müqavimətsiz Lyuyşunu qurudan müdafiə edən qalaları, axşama qədər isə şərq sahil batareyalarını ələ keçirdilər. Qarnizon qaçdı, ertəsi gün bütün qala və şəhər tamamilə yaponların nəzarətinə keçdi.

Yaponlar çox sayda hərbi texnika, döyüş sursatı, gəmi dokları və s. ehtiyatlar ələ keçirdi.

Bir neçə həftəlik mühasirə və hücumlardan sonra, 1895-ci ilin fevralın 14-də Veyhayvey də yaponlara təslim oldu. Beyanq donanmasının qalıqları Yaponiyanın qənimətinə çevrildi. O dövrdə Çin ordusu ciddi itkilərə məruz qaldı, digər vilayət qoşunları isə təlim və silahlanma sahəsində Yaponiyadan əhəmiyyətli dərəcədə geri qalırdılar. Fevralın sonunda yaponlar hücumları bərpa etdilər. Mart ayının ilk ongünlüyündə onlar vilayət qoşunlarını məğlub etdilər. Yaponlar artıq paytaxtın ətrafinda idi. Pekində panika başladı, hakim Tsin ailəsi qaçmağa hazırlaşanda, martın 30-da atəşkəs elan edildi.

Nəticə

1895-ci il aprelin 17-də Simonoseki şəhərində Çin Koreyanın müstəqilliyini tanıyan və Yaponiyanın genişlənməsi üçün əlverişli şərait yaradan sülh müqaviləsi imzaladı. Çin, əbədi olaraq Tayvan adası, Lyadonq yarımadası və onun ətraf adaları Yaponiyaya verdi, 200 milyon lian dəyərində xərac ödəməyə razı oldu, bir sıra limanlarını ticarət üçün açdı və Yaponiyanın sənaye müəssisələrinin Çində fəaliyyətinə, onlara sənaye avadanlıqları idxal etmək hüququ verdi.

Yaponiyanın Çinə qarşı göstərdiyi təzyiqlə əldə etdiyi şərtlər Rusiya, Almaniya və Fransanın "üçlü müdaxiləsinə" gətirib çıxardı. Çünki həmin dövrdə hər 3 ölkə Çinlə sıx əlaqələrə malik idi və bu səbəbdən də imzalanan müqaviləni haqlı olaraq öz maraqlarına zidd olaraq qəbul etdi. 1895-ci il aprelin 23-də bu dövlətlər Yaponiya hökumətindən Lyadonq yarımadasının ilhaqından imtina etməyi tələb etdi. Yaponiya irəli sürülən tələblə 30 milyon əlavə xərac qarşılığında razılaşmağa məcbur oldu. 1898-ci ildə isə Çin Lyaodonq yarımadasında yerləşən Port-Arturu Rusiyaya güzəştə (kontsessiya) getməyə razı oldu.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Çin-Yapon-müharibəsi   Meydzi  

İlk Çin-Yapon müharibəsi: Samuraylardan müasir ordu quruculuğunadək – ARAŞDIRMA

2018/11/6-9248397288.jpg
Oxunub: 1575     10:32     05 Noyabr 2018    