Ermənistan müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

2018/10/95262-1540819700.jpg
Oxunub: 950     17:27     29 Oktyabr 2018    
Ermənistan Müdafiə naziri Davit Tonoyan oktyabrın 29-da ATƏT-in Minsk qrupunun həmsədrlərini – İqor Popov, Stefan Viskonti və Andryu Şoferi qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə nazirlyi tərəfindən yayılıb.

Bildirilir ki, görüşdə ATƏT Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Görüş həmsədrlərin Ermənitana müntəzəm regional səfəri çərçivəsində baş verib.

İclas zamanı nazir Tonoyan Ermənistan-Azərbaycan sərhədi və cəbhə xəttindəki vəziyyətə toxunub. O, Ermənistan Baş naziri və Azərbaycan prezidentinin sentyabrda Düşənbədə operativ əlaqənin yaradılması barədə əldə olunmuş razılığın önəmini vurğulayaraq, həmsədr ölkələrin oxşar əlaqələrin digər istiqamətlərdə də yaradılmasında səylərini göstərəcəyinə ümid etdiyini ifadə edib.

Tonoyan deyib ki, Ermənistan silahlı qüvvələri situasiyanı və bütün hərəkətləri diqqətlə müşahidə edir. Əlavə edib ki, hazırkı şəraitdə tərəflər arasında şərtsiz olaraq atəşkəsin qorunması, insidentlərin qarşısının alınması və risklərin azaldılması çox vacibdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tonoyan   Həmsədrlər   ATƏT   Qarabağ  

Ermənistan müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

2018/10/95262-1540819700.jpg
Oxunub: 951     17:27     29 Oktyabr 2018    