ABŞ HHQ Dron Mübarizəsinin yeni növü üçün hazırlaşır

2018/10/16120-1540819492.jpg
Oxunub: 955     17:54     29 Oktyabr 2018    
Pilotsuz təyyarələr olaraq da adlandırılan və XXI əsrdə bütün sahələrdə geniş istifadə olunan dronlar hərb sahəsinə də təsirsiz ötüşməyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilk dəfə keçən ilin noyabr ayında “General Atomics MQ-9 Reaper” adlandırılan dron təcrübə mühitində istiliyə qarşı həssas olan hava-hava tipli raketdən istifadə edərək kiçik, oval formada hədəfi vurmağa nail olub.

ABŞ hərbi qüvvələrindən bildirilir ki, Rusiya və Çin kimi yaxın tərəfdaşlar pilotsuz hava mübarizəsi sahəsində özlərini inkişaf etdirdikləri kimi ABŞ da yaxın gələcəyin pilotsuz idarə olunan dron, hava gəmisi, tank və ya sualtı gəmi mübarizələrinə hazır olmaq üçün çalışır.

Qeyd edək ki, dronlar, xüsusi ilə də, ölçü olaraq balaca olanlar sürətli manevr qabiliyyətinə malikdir və daha az yanacaq istifadə edirlər. Lakin bununla birlikdə dron istehsalı ilə məşğul olan “Kratos Defense&Security” şirkəti Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan dronların canlı pilota ehtiyacı ola biləcəyini bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Reaper  

ABŞ HHQ Dron Mübarizəsinin yeni növü üçün hazırlaşır

2018/10/16120-1540819492.jpg
Oxunub: 956     17:54     29 Oktyabr 2018    