ABŞ HHQ KC-135 və C-130J-lərin baxımını həyata keçirəcək

2018/10/H3K7Q-1540819184.jpg
Oxunub: 924     17:18     29 Oktyabr 2018    
KC-135 havada yanacaqdoldurma tankeri və C-130J yük tankeri ABŞ Hərbi Hava Qüvvələrinin təmir-baxım proqramına qoşulacaq növbəti iki təyyarə olacaq.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Hava Mobilliyi Komandanlığının logistikalar direktoru, briqada generalı Steven Bleymayer danışıb.

Onun sözlərinə görə, bu təyyarələr HHQ-nin təyyarələrdə qəzanın baş verməsindən əvvəl baxımın həyata keçirilməsi səylərini və missiya qabiliyyətinin artırılmasını əhatə edən proqrama daxil ediləcəklər.

2017-ci maliyyə ilinə aid hesablamalara görə, KC-135 eskadrilyasının missiya qabiliyyət dərəcəsi 74%, C-130J-nin isə 77%-dir. Bu rəqəm C-5M-də 60, C-130H-da 73, C-17-də isə 84%-ə bərabərdir.

Sözügedən proqrama bu vaxta qədər artıq C-5, B-1 eskadrilyaları daxil edilib. Blaymeyerin sözlərinə görə, KC-135 filotiliyası proqrama 2019-cu ilin baharında, C-130J isə yayında qoşulacaq.

Aytəkin Vəliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KC-135   C-130J  

ABŞ HHQ KC-135 və C-130J-lərin baxımını həyata keçirəcək

2018/10/H3K7Q-1540819184.jpg
Oxunub: 925     17:18     29 Oktyabr 2018    