Yaponiya F-35-lə silahlanmış aviadaşıyıcı istəyir? - IZUMO

2018/10/DDH-1-1540818836.jpg
Oxunub: 1276     20:45     29 Oktyabr 2018    
Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin ən böyük gəmisi “Izumo” 27 min ton yük götürə bilir. Gəminin uzunluğu 2,5 futbol meydançasına, daha dəqiq desək 248 metrə bərabərdir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Izumo” əsasən yeddi ədəd SH-60K helikopteri və iki axtarış-xilasetmə modelli gəmi qəbul edir.

Gəmidə helikopterləri daxili anqar göyərtəsinə endirmək üçün bir neçə lift var. Lakin buna baxmayaraq onu aviadaşıyıcı adlandırmaq olmaz. O, onun 2017-ci ildə istifadəyə verilən bacısı “Kaga” helikopter esminesləridir.

Yaponiya əslində aviadaşıyıcı müharibəsinin original pioneridir. Birinci Dünya Müharibəsinin başlanğıcında Yaponiyanın kreyseri gəmi əsaslı təyyarələri tarixdə ilk dəfə olaraq Almaniya kreyserinə qarşı uçuş həyata keçirmək məqsədilə dənizə çıxarmışdı. İmperiya daha sonra 1920 və 30-cu illərdə bu sahədə inkişafını daha da irəlilədərək 1941-ci ilin dekabrında Pörl Harbora hücumu həyata keçirə bildi.

Lakin aviadaşıyıcıların rolu sadəcə hücum qabiliyyəti ilə məhdudlaşmayıb. Onlar həm də dost qüvvələrin müdafiəsi üçün də qırıcıları dənizə çıxara bilər. Yaponiya ordusu son dövrlərdə mübahisəli Senkaku adaları kimi arxipelaqların müdafiəsinə hazır olmamasından narahatdır. Bu adalar Yaponiyanın mərkəzi adalarından yüzlərlə mil kənardadır.

Təbii ki, helikopter daşıyıcı gəmilər sualtı qayıqların ovlanmasında xeyli effektiv olsalar da, onlar hava və quru dəstəyi təmin etməkdə yetərli deyillər. Buna görə də, Yaponiya gəmi dizaynerləri qırıcı təyyarələri qısa məsafədən, lazım olsa hətta vertikal şəkildə havaya qaldıra biləcək “Izumo” sinifli gəmilərin ərsəyə gətirilməsinə çalışır. Onların bu gəmilər üçün ən çox məqsədəuyğun gördükləri təyyarələr isə F-35-lərdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   Aviadaşıyıcı  

Yaponiya F-35-lə silahlanmış aviadaşıyıcı istəyir? - IZUMO

2018/10/DDH-1-1540818836.jpg
Oxunub: 1277     20:45     29 Oktyabr 2018    