Hindistan aviadaşıyıcı üzərində vaxtını niyə itirir?

2018/10/RTR4G-1540818514.jpg
Oxunub: 1026     22:07     29 Oktyabr 2018    
Hindistan donanması “Vişal” adlandırdığı üçüncü aviadaşıyıcı üçün təklifini irəli sürüb. 2020-ci illərin sonlarında istifadəyə verilməsi hədəflənən gəminin 65 min ton yükgötürmə qabiliyyətinə malik olacağı planlaşdırılır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu mənada gəmi Hindistanın hazırda istifadəsində olan “Vikramaditya” və bu ilin sonuna qədər silahlanmaya əlavə edilməsi gözlənilən “Vikrantwhich”i geridə qoyacaq.

“Vişal”ın Hindistan donanması üçün böyük bir məsələ olduğunu anlamaq üçün onunla bağlı təklifdə göstərilən xüsusiyyətlərə nəzər yetirmək lazımdır. Burada gəminin 57 qırıcı təyyarə qəbul edəcəyi göstərilib. Bunların 24-ü MiQ-29K olacaq.

Hindistan donanması bu gəmidə elektromaqnit atış sistemi quraşdırmağı planlaşdırır ki, bu da ABŞ-ın “Ford” sinifli gəmisindəki ilə eynidir. Eyni zamanda o, gəmi üçün xarici qaynaqlı ekiz mühərrikli qırıcı təyyarə axtarır. Bunun üçün əsas üz tutduğu ünvan isə F/A-18 və Fransanın “Rafale”sidir. Hindistan artıq 36 ədəd “Rafale” sifariş verib.

Lakin bütün bunlara baxmayaraq, əsas sual budur ki, Hindistan donanmasının həqiqətən də buna ehtiyac var, ya yox? Təbii ki, bu gəmi “Vikramaditya” və “Vikrant”ın üzərindəki yükü xeyli dərəcədə azaldacaq. Lakin bu ancaq geniş miqyaslı müharibə şəraiti üçün keçərlidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Aviadaşıyıcı  

Hindistan aviadaşıyıcı üzərində vaxtını niyə itirir?

2018/10/RTR4G-1540818514.jpg
Oxunub: 1027     22:07     29 Oktyabr 2018    