Cənubi Koreya gələn həftə hərbi təlim həyata keçirəcək

2018/10/bp_mi-1540560675.jpg
Oxunub: 894     21:03     26 Oktyabr 2018    
Cənubi Koreya gələn həftə hər il ənənəvi olaraq təşkil edilən “Taegeuk” hərbi təlimini həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir ki, manevrlər gələn həftənin bazar ertəsindən start götürəcək və cümə gününə qədər davam edəcək. Bu təlim hər zaman may-iyun aylarında keçirilsə də, ABŞ və Şimali Koreya arasındakı danışıqlar mühitinə zərər veməmək üçün bu il təxirə salınıb.

BQ-nin yaydığı məlumatda qeyd edilib ki, adı çəkilən təlimdən əlavə olaraq “Hoguk” manevrlərinə də gələn həftə başlamağı planlaşdırır. Bu təlim isə gələn həftə bazar ertəsindən başlayacaq və noyabrın 9-da başa çatacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   Təlim  

Cənubi Koreya gələn həftə hərbi təlim həyata keçirəcək

2018/10/bp_mi-1540560675.jpg
Oxunub: 895     21:03     26 Oktyabr 2018    