“Splav” EİB SC “ADEX-2018”də nələri nümayiş etdirdi? – HƏRBİ EKSPERT (III Yazı)

2018/10/Tacti-7702687705.jpg
Oxunub: 3669     10:55     26 Oktyabr 2018    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Silsilə yazının əvvəlki hissələrində “Splav” Elmi-İstehsalat Birliyi Səhmdar Cəmiyyətinin (EİB SC) reaktiv yaylım atəş sistemlərinin layihələndirilməsi və istehsalı ilə məşğul olduğu barədə məlumat vermişdik. Bak;da keçirilən “ADEX-2018” sərgisində təmsil olunan müəssisə tərəfindən reaktiv yaylım atəş sistemləri və onların çox sayda müxtəlif növlü reaktiv mərmiləri iştirakçılara təqdim edildi.

Dünyanın 50-dən çox ölkəsinə silah ixrac edən “Splav” şirkətinin ilk uğuru əfsanəvi “Katyuşa” ilə başlasa da, hazırda şirkət 122 mm “Qrad” və “Tornado-Q”, 300 mm “Smerç” kimi reaktiv sistemlərinin, həmçinin torpedo əleyhinə “Udav-1M” gəmi kompleksinin, RPK-8 qayıq əleyhinə kompleksinin, TOS-1A yandırıcı odsaçan kompleksinin və s. kimi məhşur silah sistemlərinin istehsalı ilə məşğuldur.

Təbii ki, illər ərzində bu sistemlər modernləşdirilir, texniki xüsusiyyətləri yüksəldilir. Şirkət davamlı olaraq yeni texnologiyaları tətbiq edərək istehsal və satış həcmini artırmağa, eyni zamanda rəqabət qabiliyyətli məhsullar təklif etməyə çalışır. Bu məhsullar arasında 80, 122, 140, 212, 220 və 300 mm-lik reaktiv sistemləri və onların müxtəlif təyinatlı mərmilərini, odsaçan üçün termobarik mərmiləri, idarəolunmayan aviasiya raketlərini, gəmi odsaçan kompleksini, dərinlik üçün reaktiv mərmiləri, hidroakustik maneə mərmisini, diversant və torpedolardan mühafizə olunmaq üçün kompleksi və onun raketlərini sadalamaq olar.

Silsilə yazının birinci hissəsində “Tornado-Q” və “Qrad-21”, ikinci hissəsində isə “Smerç” YARS kompleksləri və onların istifadə etdiyi mərmilərin təyinatı, texniki xüsusiyyətləri barədə məlumat verilib. Silsilə yazının sonuncu, üçüncü hissəsi isə TOS-1A, “Oqon”, “Udav-1M” və RPK-8 komplekslərinin, həmçinin onların mərmilərinin, digər idarəolunmayan aviasiya raketlərinin təyinatının və texniki xüsusiyyətlərinin araşdırılmasına həsr edilib.

TOS-1A "Buratino"

“Splav” istehsalı olan TOS-1A "Buratino" kompleksi tank və motoatıcı bölmələri atəşlə dəstəkləmək, müxtəlif hücum və müdafiə döyüşlərində düşmənin canlı qüvvəsini və zirehli texnikasını açıq və qapalı atəş mövqelərində sıradan çıxarmaq və ya məhv etmək üçün nəzərdə tutulub.

TOS-1A "Buratino" sisteminin idarəolunmayan reaktiv termobarik döyüş başlığının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur: hava zərbə dalğalarının ətraf qaya suxurlarının, torpaq və qaya uçqunlarının əks olunan dalğaları ilə qarşılıqlı üst-üstə düşməsi zərbə gücünü daha da artırır. Sursat əvvəlcə partlayıcı qarışıq bulud yaradaraq partlayışı həyata keçirir və buluddakı bütün oksigenləri bu reaksiyaya daxil olmağa məcbur edir. Ani detonasiyadan sonra təzyiq kəskin şəkildə yüksəlir və sonra dərhal atmosfer təzyiqi normasından təxminən 160 mm civə sütünu qədər aşağı düşür. Beləliklə, düşmənin partlayışdan sonra xilas olan canlı qüvvəsi də təzyiqin azalması nəticəsində daxili orqanlarının parçalanması nəticəsində məhv olur.

Kompleksin tərkibinə bir ədəd döyüş maşını, bir ədəd TZM-T nəqliyyat yükləmə maşını və M01.01.04M idarəeounmayan reaktiv mərmiləri daxildir.

Döyüş maşınının əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 400-6000 metr;
- Maşının kütləsi - 46 ton;
- İstiqamət lülələrinin sayı - 24 ədəd;
- Şossedə maksimum hərəkət sürəti - 60 km/saat;
- Yanacağa görə ehtiyat məsafəsi - 550 km;
- Aşa biləcəyi su maneəsinin dərinliyi - 1200 mm;
- Şassi - T-72A;
- Ekipaj - 3 nəfər.

TZM-T nəqliyyat yükləmə maşını

Ehtiyat mərmi dəstini daşımaq və onları döyüş maşınına yükləmək üçün nəzərdə tutulan eyni şassiyə malik TZM-T-nin əsas taktiki-texniki xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

- M01.01.04M idarəolunmayan reaktiv mərmilərlə kütləsi - 39 ton;
- Daşıdığı mərmi sayı - 24 ədəd;

- Yanacağa görə ehtiyat məsafə - 550 km;

M01.01.04M idarəolunmayan reaktiv mərmiləri

220 mm-lik M01.01.04M idarəolunmayan reaktiv mərmiləri TOS-1A ağır odsaçan sistemlərində istifadə etmək üçün “Splav” Elmi-İstehsalat Birliyi Səhmdar Cəmiyyəti tərəfindən hazırlanır. Bu mərmilər termobarik qarışığı hədəfə çatdırmaq, onu partladaraq hədəfin sahəsində yüksək təzyiq və istilik zonası yaratmaq üçün nəzərdə tutulur.

M01.01.04M idarəolunmayan reaktiv mərmilərinin əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 600- 6000 metr;
- Uzunluğu - 3723 mm;
- Kütləsi - 216 kq;
- Qablaşdırılan 4 ədəd M01.01.04M idarəeounmayan reaktiv mərmilərindən İbarət konteynerin ölçüləri - 3889x730.5x708 mm;
- Mərmilərlə dolu konteynerin kütləsi - 1121 kq.

S-80FP

“Splav” Elmi-İstehsalat Birliyi Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilən sursatlar ailəsinin tərkibində S-80FP idarəolunmayan aviasiya raketləri də yer alır. Bu raketlər cəbhə aviasiyasının döyüş təyyarə və helikopterləri vasitəsilə tək və toplu hədəflərin - açıq və ya qapalı sığınacaqlarda yerləşən canlı qüvvənin, zirehsiz və yüngül zirehli texnikaların, suüstü vasitələrin günün istənilən vaxtında və hər bir hava şəraitində məhv etmək üçün nəzərdə tutulur. Onların döyüş daşıyıcıları arasında Su-24, Su-25, Su-27, MiQ-23, MiQ-27, MiQ-29 tipli döyüş təyyarələri və Mi-8, Mi-24, Mi-28, Ka-50 və Ka-52 helikopterləri yer almaqdadır.

S-80FP idarəolunmayan aviasiya raketlərinin əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 6000 metr;
- Uzunluğu - 1500 mm;
- Raketin çəkisi - 17 kq;
- Döyüş başlığının çəkisi - 9.5 kq;
- Döyüş başlığının tipi - qəlpəli fuqas;
- Partlayıcının maddənin çəkisi - 2.9 kq;
- Qəlpənin çəkisi - 3qr;
- Partlayıcı - ikirejimli, kontakt tipli;
- Mühərriki - yüksək enerjili, bərk yanacaqlı raket tipli;
- Qablaşdırılan 4 ədəd S-80FP idarəolunmayan reaktiv mərmilərindən ibarət Konteynerin ölçüləri - 1858x321x314 mm;
- 4 ədəd mərmi ilə konteynerin kütləsi - 1121 kq.

“Oqon” odasaçan-yandırıcı kompleksi

“Oqon” (Atəş) odasaçan-yandırıcı kompleksi çay, desant və hava yastıqlarındakı gəmilərin təchizatı üçün nəzərdə tutulur. Bu kompleks düşmənin sahə tipli hədəflərini, sahil zonasındakı şəxsi heyətini, texnikalarını, kater və digər üzmə vasitələri kimi suüstü hədəflərini məhv etmək, həmçinin yanğın ocaqlarının yaradılması üçün nəzərdə tutulur.

Kompleksin tərkibi:

- MS-277 ( MS-277P) atıcı qurğusu;
- OF-45 qəlpəli reaktiv mərmisi;
- OFD-45 uzaq mənzilli reaktiv mərmisi;
- DVU-3-BS vizir-məsafəölçən qurğusu.

“Oqon” odasaçan-yandırıcı kompleksinin əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 8000-9500 metr;
- Çapı - 140 mm;
- Atıcı qurğunun kütləsi - 1700 kq;
- Kompleksin kütləsi - 2600 kq;
- İstiqamət lülələrinin sayı - 22 ədəd;
- Hədəfin aşkar edildikdən sonra döyüş hazırlığına gətirilməsi - 8 san.

OF-45 qəlpəli reaktiv mərmisi

Bu mərmilər adından da göründüyü kimi, qəlpəli döyüş başlığına malikdir və düşmənin yüngül zirehli vasitələrini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulur.

Əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 800-4500 metr;
- Çapı - 140 mm;
- Kütləsi - 27.5 kq;
- Partlayıcı maddənin kütləsi - 5.65 kq;
- Uzunluğu - 1125 mm.

OFD-45 uzaq mənzilli reaktiv mərmisi

Bu mərmilər sahil zonasında yerləşən texnikaları və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulur. Mərmilər qəlpəli döyüş başlığına malikdir.

Əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 1800-9500 metr;
- Çapı - 140 mm;
- Kütləsi - 42.5 kq;
- Partlayıcı maddənin kütləsi - 6 kq;
- Uzunluğu - 1360 mm.

“Udav-1M” kompleksi

“Udav-1M” (Gürzə) gəmilərin torpedo əleyhinə reaktiv mühafizə kompleksi, gəmilərə hücum edən torpedoları məhv etmək və ya kənrlaşdırmaq üçündür. Bu kompleksdə tətbiq edilən müxtəlif təyinatlı reaktiv mərmilərlə avtomatik atəş açma proqramı, hücum edən torpedolardan gəmini qorumaq üçün yüksək effektli və çoxeşalonlu mühafizə sistemi yaratmağa imkan verir. “Udav-1M” kompleksindən sualtı qayıqların və sualtı diversiya qruplarının güc və vasitələrini məhv etmək üçün də istifadə edilə bilər.

Kompleksin tərkibinə daxildir:

- 111SZQ dərinlik-maneə reaktiv mərmilər;
- 111SO2 kənarlaşdırıcı mərmilər;
- KT-153M atıcı qurğusu;
- 111UPM avtomatik mərmi ötürmə qurğusu;
- Atəşi idarəetmə cihazları;
- 111NOM yerüstü avadanlıqlar dəsti;
- Təlim-məşq vasitələri.

“Udav-1M” kompleksinin əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 100-3000 metr;
- Çapı - 300 mm;
- Kütləsi - 42.5 kq;
- Sualtı hədəfin məhvedilmə dərinliyi - 600 m;
- Bir yaylım atəşilə hədəfin məhvedilmə ehtimalı:
- Birbaşa tuşlanan torpedolara qarşı - 0.9
- Özü tuşlanan toppedolara qarşı - 0.76

Hədəf haqqında məlumat alınandan 15 saniyə sonra kompleks tam döyüş vəziyyətinə gətirilir.

111SZQ dərinlik-maneə reaktiv mərmisi

Bu mərmilər maneə rejimində torpedoların hərəkət istiqamətləri üzərində sürüklənə bilən mina pərdələri yaratmaq, dərinlik bombaları rejimində isə torpedoları məhv etmək üçün hazırlanıb.

111SZQ-nin əsas taktiki-texniki xüsusiyyətləri xüsusiyyətləri:

- Atəş məsafəsi - 400-2000 metr;
- Çapı - 300 mm;
- Kütləsi - 232 kq;
- Uzunluğu - 2200 mm.
- Sualtı hədəfin məhvedilmə dərinliyi - 10-60 m;
- Partlayıcı maddənin kütləsi - 80 kq.

111SO2 kənarlaşdırıcı mərmisi

Bu mərmilər gəmilərə hücum edən akustik özütuşlama sisteminə malik torpedoları kənarlaşdırmaq üçün nəzərdə tutulur.

Onun əsas taktiki-texniki xüsusiyyətləri xüsusiyyətləri:

- Atəş məsafəsi - 900-3000 metr;
- Çapı - 300 mm;
- Kütləsi - 201 kq;
- Uzunluğu- 2200 mm.

RPK-8 qayıq əleyhinə kompleks

RPK-8 qayıq əleyhinə kompleks suüstü gəmiləri sualtı qayıqlardan mühafizə etmək, həmçinin gəmiyə hücum edən torpedo və ya sualtı diversantları məhv etmək üçün nəzərdə tutulur.

Kompleksin tərkibinə daxildir:

- Ətalətli sualtı mərmiyə malik 90R1 qayıq əleyhinə raketləri;
- Modernləşdirilən MQ-94ME hidroakustik maneə mərmisi;
- RBU-6000 reaktiv bomba atan qurğusu;
- Mərmini saxlama, ötürmə və yükləmə qurğusu;
- Atəşi idarəetmə cihazları;
- Yerüstü avadanlıqlar dəsti;
- UTS təlim-məşq vasitələri.

RPK-8 qayıq əleyhinə kompleksinin əsas taktiki-texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 600-4300 metr;
- Çapı - 212 mm;
- Sursatsız kütləsi - 9000 kq;
- Bir yaylım atəşilə sualtı qayığı məhvetmə ehtimalı - 0.9

90R1 qayıq əleyhinə raket

Bu raketlər ətalətli sualtı mərmini sualtı qayıqlara çatdırmaq üçündür. Eyni zamanda torpedo və diversiya əleyhinə vasitə kimi də istifadəsi mümkündür.

90R1 qayıq əleyhinə raketin əsas taktiki-texniki xüsusiyyətləri:

- Məhvetmə dərinliyi - 10000 metrə qədər;
- Atəş məsafəsi - 4300 metr;
- Çapı - 212 mm;
- Kütləsi- 112.5 kq;
- Ətalətli mərmidə partlayıcı maddənin kütləsi- 19.5 kq;
- Uzunluğu- 1832 mm.

Modernləşdirilən MQ-94ME hidroakustik maneə mərmisi

MQ-94ME mərmiləri suüstü gəmiləri aktiv və passiv rejimli akustik özütuşlanan torpedolardan mühafizə etmək üçün hazırlanıb. Mərminin döyüş başlığı ayrılaraq sürüklənə bilən hidroakustik əks-təsir modulu ilə (MQPD) təchiz edilir.

Modernləşdirilən MQ-94ME hidroakustik maneə mərmisinin əsas taktiki-texniki xüsusiyyətləri:

- Çapı - 212 mm;
- Kütləsi - 113 kq;
- Uzunluğu- 1832 mm.
- Hidroakustik əks-təsir modulunun çalışma müddəti - 8 dəqiqə;
- MQPD-nin sürüklənmə dərinliyi - 25 metr.

RBU-6000 reaktiv bomba atan qurğusunun taktiki-texniki xüsusiyyətləri:

- Çapı - 212 mm;
- Kütləsi - 3500 kq;
- Lülə sayı - 12 ədəd;
- Bombardıman radiusu - 4300 m;
- Maksimum yüksəklik bucağı - +60 dərəcə;
- Maksimum enmə bucağı - -90 dərəcə;
- Maksimum məsafəyə atəş üçün yüksəlmə bucağı - +46 dərəcə;
- Minimum məsafəyə atəş üçün yüksəlmə bucağı - +8,5 dərəcə;
- Maksimum atəş sektoru - 340 dərəcə;
- Qurğunun ölçüləri:
a) göyərtənin üstündə 2600x2140 mm;
b) göyərtənin altında 760x1300 mm.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Splav   TOS-1A  

“Splav” EİB SC “ADEX-2018”də nələri nümayiş etdirdi? – HƏRBİ EKSPERT (III Yazı)

2018/10/Tacti-7702687705.jpg
Oxunub: 3670     10:55     26 Oktyabr 2018    