100-ə yaxın türk hərbçisi 5 aylıq S-400 təliminə qatılacaq

2018/10/12059-1540536139.jpg
Oxunub: 785     10:38     26 Oktyabr 2018    
Türkiyə Silahlı Qüvvələrinin 100-ə yaxın hərbçisi 2019-cu ilin payızında Rusiyadakı təlim mərkəzlərindən birində S-400 havadan müdafiə sistemlərinin istifadəsi ilə bağlı təlimlərə qoşulacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə adı açıqlanmayan hərbi-diplomatik mənbə danışıb.

“Türkiyə ordusunun yüzə yaxın hərbçisinin gələn ilin sentyabr-oktyabr aylarında Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq yaxınlığındakı Qatçinada yerləşən təlim mərkəzində təlimlərə qatılması planlaşdırılır. Bu təlimlər S-400 sistemlərinin istifadəsi və baxımını əhatə edəcək, onun 5 ay ərzində davam etməsi planlaşdırılır”, - deyə mənbə söyləyib.

Onun sözlərinə görə, Türkiyəyə çatdırılacaq S-400 sistemləri Türkiyənin istəyi əsasında NATO sistemləri ilə çalışa biləcək dost-düşmən tanıma avadanlıqları ilə təchiz ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-400   Türkiyə  

100-ə yaxın türk hərbçisi 5 aylıq S-400 təliminə qatılacaq

2018/10/12059-1540536139.jpg
Oxunub: 786     10:38     26 Oktyabr 2018    