ABŞ-Meksika sərhədində baza formalaşdırıla bilər

2018/10/90121-1540534333.jpg
Oxunub: 673     10:01     26 Oktyabr 2018    
ABŞ prezidenti Donald Tramp ölkənin Meksika ilə sərhəd bölgəsində miqrant axının qarşısını almaq məqsədilə bölgəyə azı 800 aktiv xidmətdə olan hərbçi göndərməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı Pentaqon rəhbəri Ceyms Mettisin tezliklə əmr imzalaması gözlənilir.

Bəzi mənbələr isə artıq sərhəddə olan hərbçilərə dəstək məqsədilə əlavə qoşun göndərilməsindən əlavə administrasiyanın burada yeni hərbi bazanın açılmasını planlaşdırdığını iddia edirlər.

Adının açıqlanmasını istəməyən amerikalı rəsmi bazanın açılmasında əsas məqsədin sərhəd qoşunlarına logistik və digər dəstək xidmətlərinin təminatını asanlaşdırmaq olduğunu söyləyib.

Əslində ABŞ-da Milli Qvardiyanın sərhəd təhlükəsizliyinə dəstək göstərməsi yeni bir şey olmasa da, aktiv xidmətdə olan hərbçilərin bu məsələyə qarışdırılması nadir hallarda baş verir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Meksika  

ABŞ-Meksika sərhədində baza formalaşdırıla bilər

2018/10/90121-1540534333.jpg
Oxunub: 674     10:01     26 Oktyabr 2018    