“Siz bunu edə bilməzsiniz”: Çinin raket quruculuğu ABŞ-Rusiya silahlar paktını tükəndirib

2018/10/Getty-1540301759.jpg
Oxunub: 822     13:44     27 Oktyabr 2018    
ABŞ prezidenti Donald Trampın Rusiya ilə imzalanmış silahlara nəzarət müqaviləsindən çıxma qərarı əsas hərbi liderlərin Çinin yüksəlməkdə olan raket ambisiyalarına qarşı mübarizə aparmaqla bağlı çağırışlarından bir il sonraya təsadüf edir.

Ordu.az “Politico”ya istinadən xəbər verir ki, məhz bu məsələ Tramp administrasiyasının son qərarının əsas hədəfi kimi güman edilir.

Tramp özü də bu barədə danışarkən onun bu qərarına səbəb kimi Pekinin böyüməkdə olan raket arsenalını göstərib. Çin bu paktın parçası olmasa da, Tramp onun Çini də, Rusiyanı da və ümumilikdə bu oyunu oynamaq istəyən istənilən tərəfi ehtiva etdiyini bildirib.

“Siz bunu edə bilməzsiniz. Bu oyunu mənim üzərimdə, bu tərzdə oynamaq olmaz”, - deyə Tramp vurğulayıb. O, həm də Moskvanın müqaviləni pozmasına dair iddialarını yenidən təkrarlayıb.

Üstəlik ABŞ ordusundakı yüksək səlahiyyətli şəxslər uzun müddətdir ki, bu məsələni gündəmə gətirirdilər. Onlar Çinin bu müqaviləyə qoşulmayacağı təqdirdə, amerikalı hərbçilərin Pekinin böyüməkdə olan arsenalının təhlükəsi altında qalacağını bildirirdilər. Onlar Çinin bu müqaviləyə qoşulması halında, hazırda istifadəsində olan 90% arsenalın qanunsuz olacağını iddia edirdilər.

Məsələn bunlarda ABŞ donanmasının təqaüddə olan admiralı Erik Sayers Asiyada hərbi disbalansın olduğunu və buna diqqət yetirməyin zəruriliyini bildirib. Hazırda ABŞ-ın Cənubi Koreyadakı səfiri, bu postdan əvvəl isə Sakit okean Komandanlığının rəhbəri olmuş Harri Harris isə Çinin raket üzərində qurulmuş strategiya izlədiyini ifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Nüvə-müqaviləsi   Çin  

“Siz bunu edə bilməzsiniz”: Çinin raket quruculuğu ABŞ-Rusiya silahlar paktını tükəndirib

2018/10/Getty-1540301759.jpg
Oxunub: 823     13:44     27 Oktyabr 2018    