Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər - FOTOLAR

2018/10/6a4b6-1540202625.jpg
Oxunub: 322     14:02     22 Oktyabr 2018    
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri mühəndis-istehkam və kimya təyinatlı hərbi hissələri ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Ordu.az

Teqlər: Ombudsman   MN  

Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər - FOTOLAR

2018/10/6a4b6-1540202625.jpg
Oxunub: 323     14:02     22 Oktyabr 2018    