ABŞ və BƏƏ birgə hərbi təlim keçirir

2018/10/jpeg-1540198816.jpg
Oxunub: 306     13:50     22 Oktyabr 2018    
ABŞ və Birləşmiş Ərəb Əmirliyi dünəndən etibarən “Iron Magic 19” birgə hərbi təlimlərinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimin məqsədi birgə əməliyyat qabiliyyəti və ordular arasında əməkdaşlığı gücləndirməkdir.

İki ölkə arasında uzun müddətdir davam edən partnyorluq əlaqələri çərçivəsində ənənəvi olaraq keçirilən təlimlərin builki versiyası iki həftə davam edəcək.

Təlim zamanı hərbi əməliyyatların planlaşdırılması və həyata keçirilməsi, eyni zamanda daxili təhlükəsizlik fəaliyyətlərinin təşkil olunması məqsədilə treyninqlər keçiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   BƏƏ   Təlim  

ABŞ və BƏƏ birgə hərbi təlim keçirir

2018/10/jpeg-1540198816.jpg
Oxunub: 307     13:50     22 Oktyabr 2018    