Seul və Pxenyan yüksək səviyyəli hərbi danışıqlar planlaşdırır

2018/10/10329-1540197000.jpg
Oxunub: 245     12:29     22 Oktyabr 2018    
Rəsmi Seul və Pxenyan bu həftənin cümə günü yüksək səviyyəli hərbi danışıqlar həyata keçirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş iki ölkənin sərhədində yerləşən Panmuncom qəsəbəsində baş tutması düşünülüb. Bu danışıqların keçirilməsi ilə bağlı qərar isə ötən ay iki ölkə liderlərinin Pxenyandakı sammiti zamanı qəbul edilib.

Konsultasiyalar zamanı tərəflərin 1950-53-cü illər Koreya Müharibəsi zamanı ölən əsgərlərin qalıqlarının birgə axtarılması, birgə hərbi komitənin formalaşdırılması təşəbbüsünü müzakirə etmələri gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Seul və Pxenyan yüksək səviyyəli hərbi danışıqlar planlaşdırır

2018/10/10329-1540197000.jpg
Oxunub: 246     12:29     22 Oktyabr 2018    