Ağır tanklar üçün zirehli təmir-təxliyyə vasitəsi - M88A3 (FOTOLAR)

2018/10/M88_1-7700961335.jpg
Oxunub: 1857     11:09     22 Oktyabr 2018    
Hazırda ABŞ Silahlı Qüvvələri təxminən 700 ədəd M88A2 tipli zirehli təmir-təxliyyə maşınlarına (ZTTM) malikdir. Bu texnikalar M1 "Abrams" ailəsinin əsas tanklarının texniki xidmət və döyüş fəaliyyətini təmin edərək geniş spektrdə müxtəlif vəzifələri yerinə yetirir.

Tankların inkişafı ilə yanaşı, ZTTM də təkmilləşdirilir. Belə ki, bir neçə gün əvvəl mütəxəssislərə və ictimaiyyətə ilk dəfə M88A3 indeksi ilə ZTTM-in yeni bir modifikasiyası nümayiş etdirildi.

M88A3 ZTTM prototipinin ilk nümayişi "AUSA-2018" sərgisində göstərildi. Bu sərgi artıq silah və avadanlıqların perspektiv modellərinin "premyera nümayişləri" üçün platformaya çevrilib. Bu il yenə bir neçə perspektivli yenilik, o cümlədən tanklara xidmət üçün təkmilləşdirilən zirehli vasitə göstərildi. Sınaq üçün hazırlanan M88A3 prototipi sərgi pavilyonunda yerləşirdi.

AUSA-da prototip M88A3

Açıq məlumatlara görə, yenilənən ZTTM-in hazırlanmasına 2016-cı ildən başlanılıb. Bu maşının yaradılması, "BAE Systems" beynəlxalq korporasiyasının ABŞ-dakı və xaricdəki filiallarına həvalə edildi. M88A3 avtomobili üçün imzalanan müqavilənin "Other Transaction Authority" (OTA) sistemində həyata keçirilən ilk müqavilələrdən biri olduğu daha çox diqqətçəkicidir. Bu sistem müştəri ilə podratçı arasında layihə xərclərinin bölüşdürülməsini nəzərdə tutur. Bu halda, müştəri sonradan seriya istehsalı avadanlıqlarının satın alınmasına zəmanət vermir. OTA sistemi eyni nəticələri əldə edərkən xərclərin müəyyən dərəcədə optimallaşdırılmasına imkan verir.

ZTTM tipli vasitələrin növbəti versiyasının yaranmasında hərbi texnikaların inkişafı da mühüm rol oynayır. Mövcud tankların tədricən təkmilləşdirilməsi onların döyüş kütlələrinin də artmasına gətirib çıxarır. M1A2 SEP v2 və SEP v3 tankları üçün bu parametr 65-70 ton səviyyəsinə çatır. Gələcəkdə, növbəti yeniləmələrdə yeni bir kütlə artımı da gözlənilir. Bütün bunlar mövcud ZTTM-lərin fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyur. Artıq M88A2 tipli seriyalı ZTTM müstəqil olaraq son variant "Abrams" tankını çəkə bilmir: bu problemi həll etmək üçün iki ədəd ZTTM-ə ehtiyac yaranır.

Beləliklə, yeni layihə üçün texniki şərtlər, gələcək vasitələrin əsas taktiki və texniki xüsusiyyətlərinin artmasını tələb edir.

Bənzər məqsədlərə nail olmaq üçün, maşını müəyyən bir şəkildə yenidən qurmaq və bəzi aqreqatlarını dəyişdirmək vacibdir. Bu tələbləri nəzərə alaraq hazır nümunələrdən nəzərəçarpacaq dərəcədə fərqlənən yeni M88A3 ZTTM yaradıldı.

Kənardan təkmilləşdirilən ZTTM sələfindən az fərqlənir. O, mövcud zirehli korpusunu saxlasa da, bəzi dəyişikliklərə də məruz qalıb.

Eyni zamanda, maşının ön hissəsindəki xarakterik kəsik yerində qalmaqda davam edir. Zirehləmə də olduğu kimi qalır və maşının ön xətdə işləməyinə imkan verir. Korpusun ön hissəsi yenə ekipaj və bəzi avadanlıqların yerləşdirilməsi üçün nəzərdə tutulub. Arxa tərəfdə isə güc qurğusu yerləşdirilib.

M88A3 layihəsində 1300 at gücünə malik yeni "Caterpillar" dizel mühərrikindən istifadə edilməsi təklif olunur. Mühərriklə birgə M1A2 tankından götürülən avtomatik ötürücünun bir qədər dəyişdirilən versiyası tətbiq edilir. Mühərrikin gücünün bu və ya digər xüsusi avadanlığa fərqli qüvvədə ötürülməsi təmin edilir.

Sol tərəfdən və arxadan görünüşü

Hərəkətli hissə ciddi bir şəkildə yenidən hazırlanıb. ZTTM-in kütləsinin artımını kompensasiya etmək üçün hər tərəfdə əvvəlki dizaynda olan yeddi ədəd dayaq təkəri yerləşdirilib. Torsion asqı sistemi isə idarə edilən hidropnevmatik asqı ilə əvəz edilib. Sonuncu rahat və axıcı hərəkətlə yanaşı, eyni zamanda xüsusi problemləri də həll edir. Məsələn, batan və ilişən zirehli vasitələrin çıxarılmasını təmin edən tırtılların kilidlənməsi funksiyası da xüsusi problemlərə aiddir. Əvvəlki bütün vasitələr bu məqsədlə tırtıl arasına ağac gövdəsi keçirirdilər.

Yeni layihə gövdənin ön hissəsinə quraşdırılan müntəzəm buldozer bıçağının qorunmasını təmin edir. Bu bıçaq dartıcı qurğu işlədildikdə dayaq funksiyasını yerinə yetirir, torpaq işlərində isə birbaşa təyinatına görə istifadə edilir. Hər iki halda mühərrikin və hərəkətli hissənin yaxşılaşması səbəbindən onun da effektivliyi artacaq.

Ərazi şəraitində zirehli vasitələrin kiçik və orta təmiri üçün M88A3 ZTTM kran avadanlıqları da daşıyır. Buldozer bıçağının ön hissəsində kranın qaldırıcı qolunun sabit bərkidilməsi üçün yuva nəzərdə tutulub. Bu aqreqat əvvəlki kimi, "A" hərfi şəklində hazırlanır, eyni zamanda troslar üçün zəruri düzəldicilər və bloklarla da təchiz edilir. "BAE Systems" xəbər verir ki, yeni ZTTM-in kran avadanlıqları, əsas dizayn xüsusiyyətlərini qoruyaraq daha yüksək imkanlara sahib olacaq.

Texniki tapşırığa əsasən, kran və dartıcı bir neçə əsas növ təmir işlərinin yerinə yetirilməsini təmin etməlidir. Onların köməyi ilə mühərrik blokunun və ya tank qülləsinin digəri ilə dəyişdirilməsi təklif olunur. M1A2 əsas tankının sonrakı versiyalarının döyüş bölməsinin ölçüsü və çəkisi fərqlidir. Nəticədə, onlarla işləmək üçün daha inkişaf etmiş xüsusiyyətlərə malik kran lazımdır. M88A3 ZTTM layihəsi müasir tankların qülləsinin çəkisini nəzərə alır və həmçinin gələcək yük qaldırma qabiliyyəti üçün bir qədər ehtiyat da nəzərdə tutur.

Təkmilləşdirilən ZTTM zədələnən avadanlıqla işləmək və ya digər vəzifələri yerinə yetirmək üçün dartıcı dəstə malikdir. Nəşr olunan məlumatda, M88A3-ün əvvəlki layihələrdə olduğu kimi, eyni aqreqatlardan istifadə etdiyi izah edilir. Ön tərəfdəki lyuk vasitəsilə trosu buraxan dartıcı 55 tg (ton-güc) çəkmə qüvvəsi yarada bilir. Polispastdan istifadə edildikdə isə bu parametr 125 tg-yə çatır. Bu xüsusiyyətlər mövcud və gələcək ABŞ tankları ilə işləmək üçün kifayətdir. 22 tg gücündə olan yardımçı dartıcı da saxlanılıb.

Seriyalı M88A2 kran avadanlığı istifadə edir

M88A3-nin funksiyalarından biri hələ də zədələnən vasitələri toplanma məntəqəsinə təxliyyə etməsidir. Bunun üçün korpus üzərində yedəyəalma qarmaqları saxlanılıb. Zirehli nəqliyyat vasitələrinin yedəyə alınması yalnız sərt metal ştanq və ya troslar vasitəsilə aparılmalıdır. ZTTM-də bu cür avadanlıqların tam dəsti mövcuddur.

Modernizasiya ekipajın tərkibinə təsir etməyib. Maşının idarəetməsi üç nəfərə verilir. Sürücü və komandir ön tərəfdə əyləşir. Onların hər biri yolu və ətraf ərazini müşahidə etmək üçün görmə cihazları olan giriş lyuklarına sahibdir. Müxtəlif avadanlıqların istismarına məsul olan üçüncü ekipaj üzvü kabinənin mərkəzi hissəsində yerləşir və onun da öz lyuku mövcuddur. Yan tərəflərdə geniş açılan iri lyuklar saxlanılıb.

M88A3 silahlarının tərkibi sələflərin avadanlıqları ilə eynidir. Arxa lyuk üzərində böyük çaplı M2HB pulemyotu quraşdırılıb. Ön tərəfin sağında və solunda iki ədəd tüstü bomba bloku mövcuddur. Ekipaj əlavə olaraq şəxsi atıcı silah və əl qumbarası ilə də silahlanır.

Bəyan edilən texniki görünüşü qoruyan perspektiv ZTTM, əvvəlki M88A2 seriyalı maşınlara bənzəyir. Beləliklə, qabarit ölçülərində ciddi dəyişikliklərinin olmaması mövcud korpusun qorunmasına gətirib çıxarır. Uzunluğu 8.3-8.5 m-dən, eni isə 3.5 m-dən az olacaq maşının hündürlüyü 3.1 m-dən bir az çox olacaq. Eyni zamanda, standart avadanlıqlarla kütləsi 65 tonu keçməyəcək. Bununla da zirehli təmir və təxliyyə vasitəsi kütlə baxımından mövcud və perspektiv "Abrams" əsas tanklarına yaxınlaşıb.

*****

Hazırda "BAE Systems" öz vəsaiti və hökumət fondlarından istifadə edərək, mövcud ZTTM-in modernləşdirilməsi üçün inkişaf layihəsini başa çatdııb və prototipi hazırlayıb. Bir neçə gün əvvəl onu hərbçilərə və ictimaiyyətə nümayiş etdirib. Prototip lazımi sınaqlardan keçməlidir, ordu isə bu sınaqların nəticələrinə görə əlaqədar qərar qəbul etməlidir.

Məlumatlara görə, Pentaqon gələcək ilin ortalarında yeni bir "yenidən silahlanma" proqramını tətbiq etməyi planlaşdırır. Bu proqramın başlanmasından sonra əlavə yoxlamalara və lazım olduqda mövcud layihələrin təkmilləşdirilməsinə xeyli zaman sərf olunacaq. Sonra isə sənaye avadanlıqlarının seriya istehsalını tənzimləməli olacaq. Proqramın ilkin mərhələləri üçün bir neçə il ayrılacaq. İlk seriyalı M88A3 ZTTM 2024-25-ci illərdə qoşunlara veriləcək.

ZTTM ekipajının batan nəqliyyat vasitələrini təxliyyə edilməsi üçün təlimi

Əslində yeni M88A3 ZTTM-ləri almaqdansa istismarda olan əvvəlki M88A2 maşınlarının yenidən qurulması ilə müasir tələblərə cavab verən lazımlı avadanlığların əldə edilməsi daha doğru addım olardı. Bu, hazır korpusların və avadanlıqların əksəriyyətindən istifadə edərək əhəmiyyətli dərəcədə vəsaitə qənaət etməyə imkan verərdi. Sıfırdan yalnız bəzi fərdi avadanlıqları hazırlamaq vacib olardı.

Lakin, mövcud məlumatlar M88A2-nin M88A3-ə çevrilməsində müəyyən problemlər də vəd edir. Müəyyən elementlərin nisbətən sadə bir şəkildə dəyişdirilməsi ilə, eyni zamanda yeni layihə hərəkətli hissənin ciddi şəkildə yenidən qurulmasını təmin edir. Bunu etmək üçün mövcud korpusun yenidən işlənməsinə ciddi ehtiyac yaranacaq, nəticə etibarı ilə bu, layihənin çətinləşdirilməsinə səbəb olacaq.

Alınacaq yeni avadanlıqların sayı və onun dəyəri hələ açıqlanmayıb. Bəlkə də, Pentaqon orduya lazım olan təmir və təxliyyə vasitələrinin tam sayını verməyə hazır deyil. Məlumatlara görə, M88A2 tipli 700 ədəd ZTTM hazırda ABŞ Ordusu və Dəniz Piyada Korpusunda istismardadır. Göründüyü kimi, gələcəkdə silahlı qüvvələrin yenilənən M88A3-lərin oxşar sayına ehtiyacı ola bilər. ABŞ ordusu M1A2 Abrams əsas tanklarını təkmilləşdirmək üçün aktiv proqramlar həyata keçirir. Bu təkmilləşdirilən texnologiya ilə işləmək üçün kifayət qədər böyük miqdarda yeni təmir və təxliyyə vasitələrinə ehtiyac duyulacağı şübhəsizdir.

Yeni modifikasiyanın ilk ZTTM-nin növbəti onilliyin ortalarına qədər qəbul edilməsi planlaşdırılır. Əldə olan vasitələrin yenilənməsi də ən azı bir neçə il davam edəcək. Beləliklə, ordunun və DPK-nin təkmilləşdirilən M88A3 maşınlarının tam təchizatı 30-cu illərin əvvəllərində başa çatacaq. Bu zamana qədər "Abrams" tankının və ya əsaslı olaraq yeni zirehli döyüş vasitələrinin yeni modifikasiyası da xidmətə qəbul edilə bilər.

M88A3 ZTTM layihəsi ilə bağlı son xəbərlər göstərir ki, Pentaqon ilk növbədə mövcud nümunələrin vaxtında modernləşdirilməsi sayəsində nəqliyyat vasitələrinin parkını yeniləməyi planlaşdırır. M1A2 əsas döyüş tanklarının sistemli və müntəzəm modernləşdirilməsi aparılır. Yaxın gələcəkdə zirehli təmir və təxliyyə vasitələrini yenilənmə proqramı başa catacaq. Yeni ZTTM artıq prototip kimi mövcud olsa da, onun ilk seriya nümunələrinin orduya göndərilməsi yalnız 20-ci illərin ortalarında baş tuta biləcək.

Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: M88A3   ZTTM  

Ağır tanklar üçün zirehli təmir-təxliyyə vasitəsi - M88A3 (FOTOLAR)

2018/10/M88_1-7700961335.jpg
Oxunub: 1858     11:09     22 Oktyabr 2018    