ABŞ HHQ-nin bir problemi var: Köhnə təyyarələrin uçuşu getdikcə bahalaşır

2018/10/15283-1540029902.jpg
Oxunub: 473     22:02     20 Oktyabr 2018    
Bütün avtomobil sahibləri kimi ABŞ ordusu də eyni dilemma qarşısında qərarsız qalıb: köhnə maşının saxlanmasına getdikcə daha çox xərc çəkməkdənsə, yenisi nə vaxt alınsa daha yaxşı olar?

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, ABŞ təyyarələrinin əməliyyat xərcləri proqnozlaşdırılandan daha sürətli dərəcədə yüksəlir.

Bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin (KBİ) apardığı araşdırmada qeyd edilib ki, 2001-ci ildə KBİ bu xərclərin ildə 1-3% yüksəlməsini təxmin edirdisə, gerçəklikdə bu rəqəmlər 3-7% təşkil etdi.

KBİ bu araşdırma zamanı 13 təyyarə modelini ələ alıb: B-52, F-22, B-1, F-16, F-15A/B/C/D, F-15E, C-130H, C-5, KC-135T, C-17, U-2, HH-60 və RQ-4 “Global Hawk” dronu. Bu təyyarələrdən 9-da saxlanma xərclərinin illik 3-7% artdığı aydın olub.

Təyyarələrin uçuş xərcləri üç mərhələyə bölünür. Təyyarə yeni olarkən, boşluqların aradan qaldırılması baxım sisteminin səmərəliliyindən dolayı ilkin xərclər azalır. Orta mərhələdə xərclər stabil qalmağa meyilli olur. Sonuncu mərhələdə isə, istehsalçı şirkətlərin artıq istehsalı dayandırması səbəbilə ehtiyat hissələrin azalmasından qaynaqlanaraq bu xərclər sürətlə yüksəlməyə başlayır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ  

ABŞ HHQ-nin bir problemi var: Köhnə təyyarələrin uçuşu getdikcə bahalaşır

2018/10/15283-1540029902.jpg
Oxunub: 474     22:02     20 Oktyabr 2018    