Qətər HHQ böyük modernizasiya proqramına start verib

2018/10/31192-1540029049.jpg
Oxunub: 356     19:42     20 Oktyabr 2018    
Qətər Müdafiə naziri Xalid ibn Məhəmməd Əl Əttiyə Birlşmiş Krallıqda Qətər üçün hazırlanacaq “Typhoon” və “Hawk T2” təyyarələrinin istehsal prosesini başladıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Əl-Dhariyat” adlandırılan proqramın məqsədi ölkənin Hərbi Hava Qüvvələrini modernizasiya etməkdir.

Açılış mərasiminə Qətərin Britaniyadakı hərbi attaşesi briqada generalı Həmad ibn Yassim Əl-mərri, proqramın rəhbəri briqada generalı Yassim Məhəmməd Əl-Mannay və bir sıra digər rəsmilər qatılıblar.

Qeyd edək ki, Xalid ibn Məhəmməd Əl Əttiyə və Britaniya Müdafiə naziri Qavin Uilyamson ötən il dekabrın 10-da Qətərə 24 ədəd “Typhoon” və 9 ədəd “Hawk T2” təyyarələrinin çatdırılmasına dair saziş imzalayıblar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Qətər   HHQ  

Qətər HHQ böyük modernizasiya proqramına start verib

2018/10/31192-1540029049.jpg
Oxunub: 357     19:42     20 Oktyabr 2018    