Türkiyə müdafiə və aerokosmos sənayesinin ixracı 2 milyard dollar olacaq

2018/10/thumb-1540016430.jpg
Oxunub: 755     10:06     20 Oktyabr 2018    
Türkiyənin müdafiə və aerokosmos sənayesinin bu ilin sonuna qədər 2 milyard dollarlıq ixracat həyata keçirməsi gözlənilir.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmir bəyan edib.

O bildirib ki, sözügedən sahədə həyata keçirilən ixracatın həcmi oktyabr ayına qədər artıq 1,5 milyard dollara çatıb ki, bu da ötən ilə nisbətdə 14% artım deməkdir.

Dəmirin sözlərinə görə, bəzi dəyişikliklər edilməklə ATAK Faz-2 helikopterinin imkanlarında bir sıra təkmilləşdirmələr həyata keçiriləcək. O, artıq daha çox silah və müdafiə sistemləri daşıya biləcək və gələn ilin ortalarında TSQ-yə təhvil veriləcək.

O, eyni zamanda Türkiyə müdafiə sənayesinin T625 və ATAK helikopterlərində istifadə etmək üçün nəzərdən keçirilən yerli mühərriklər üzərində gərgin çalışmalar həyata keçirdiyini diqqətə çatdırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Müdafiə-Sənayesi   ATAK  

Türkiyə müdafiə və aerokosmos sənayesinin ixracı 2 milyard dollar olacaq

2018/10/thumb-1540016430.jpg
Oxunub: 756     10:06     20 Oktyabr 2018    