Misir yeni PUA-nın detallarını açıqlayıb

2018/10/14526-1539955397.jpg
Oxunub: 326     19:56     19 Oktyabr 2018    
Misir bu yaxınlarda Hərbi Hava Qüvvələrinə təqdim edilən yeni PUA-sı barəsində detalları açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Misir Müdafiə Nazirliyinin mətbuat xidməti dünən bəyanat yayıb.

Bəyanatda Misirin “Wing Loong” adlandırdığı silahlı dronun təqdimatı edilib. Eyni zamanda Misir HHQ-nin 45-ci ildönümü ilə bağlı video paylaşılıb.

Bildirilir ki, Misir ordusu son illərdə ən müasir qlobal silah sistemlər – “Rafale”, F-16 qırıcı təyyarələri, AH-64 “Apache” helikopterləri, Çinin “Wing Loong” silahlı PUA-sı ilə təchiz edilib.

PUA Çinin “Blue Arrow-7” lazerlə idarəolunan raketləri ilə təchiz edilib. Bu PUA-lar hərbi döyüş təyyarələrinin aşkarlanmasında olduqca effektivdir. O, ilk dəfə 2008-ci ildə “Chengdu Aircraft Industry Group” şirkəti tərəfindən istehsal edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Misir   PUA  

Misir yeni PUA-nın detallarını açıqlayıb

2018/10/14526-1539955397.jpg
Oxunub: 327     19:56     19 Oktyabr 2018    