“Lockheed” LRDR-lərin hazırlanmasında sona yaxınlaşır

2018/10/LM-ra-1539955312.jpg
Oxunub: 348     21:19     19 Oktyabr 2018    
“Lockheed Martin” Uzaq Mənzilli Fərqləndirmə Radarının (LRDR) hazırlanmasında ciddi nəticələr əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın LRDR proqramının direktoru Çandra Marşal danışıb.

“Mən komandamızın 2015-ci ildən başlanan bu işdə gəldiyi nöqtədən dərindən qürur duyuram. Biz artıq LRDR sistemini dizayn və ilkin formada istehsal etmişik. Bu, “Lockheed”in sərt formalı radar sistemi istehsal etmə imkanlarını bir daha nümayiş etdirir”, - deyə Marşal vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış müqavilə əsasında görülən işlər çərçivəsində LRDR-in dizaynlaşdırılma mərhələsi 2017-ci ildə yekunlaşdırıldıqdan sonra, həmin ilin sentyabrında Alyaskada onun hazırlanmasına başlandı.

Bu radar sistemi ABŞ-ın Raketdən Müdafiə Agentliyinin çoxeşolonlu müdafiə strategiyası daxilində əhəmiyyətli sensor kimi istifadə ediləcək. O, ilin hər günü 24 saat fasiləsiz çalışaraq ABŞ-a qarşı ballistik raket təhdidlərinin üzə çıxarılması işlərinə öz töhfəsini əlavə edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Lockheed   LRDR  

“Lockheed” LRDR-lərin hazırlanmasında sona yaxınlaşır

2018/10/LM-ra-1539955312.jpg
Oxunub: 349     21:19     19 Oktyabr 2018    