ABŞ ordusunun üzvləri Yəməndə “müqaviləli qatillər” kimi çalışırlar? - MƏQ

2018/10/479-(-1539955197.jpg
Oxunub: 384     21:43     19 Oktyabr 2018    
2015-ci ildən etibarən Yəməndə onlarla insan keçmiş ABŞ əsgərləri tərəfindən sui-qəsd nəticəsində öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq əlaqələr və təhlükəsizlik məsələləri üzrə təhlilçi Mark Sleboda danışıb.

Onun sözlərinə görə, bu aktlar Birləşmiş Ərəb Əmirliyi tərəfindən ödəniş edilən muzdlular tərəfindən həyata keçirilib.

“ABŞ mətbuatı belələrini adətən “muzdlu təhlükəsizlik qrupu” adlandırır. Bu da yeni muzdluluq qrupdur. “Mizraq Əməliyyatlar Qrupu” adlandırılır. Bu, muzdlu qatillikdir. O, ABŞ hərbçilərindən ibarət qrupdur. Onlar ABŞ-ın rəsmi olaraq müharibə aparmadığı bir ölkədə muzd qarşılığında siyasi liderləri qətlə yetirirlər, ABŞ isə bu qrupu terror təşkilatı kimi tanımır”, - deyə Sleboda söyləyib.

“Mizraq Əməliyyatlar Qrupu” Delaverdə Macar-İsrail əsilli Abraham Qolan tərəfindən təsis edilib. O, Fransanın Xarici Legionunda xidmət edib və ABŞ-da biznes qurub.

İddialara görə, bu muzdlulara Yəməndə vuruşmaq, siyasi və dinin liderləri hədəf almaq üçün aylıq 25 min dollar ödəniş edilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yəmən   ABŞ   MƏQ  

ABŞ ordusunun üzvləri Yəməndə “müqaviləli qatillər” kimi çalışırlar? - MƏQ

2018/10/479-(-1539955197.jpg
Oxunub: 385     21:43     19 Oktyabr 2018    