Britaniyanın Səudiyyə Ərəbistanına silah satışı artıb

2018/10/71bef-1539954703.jpg
Oxunub: 241     18:34     19 Oktyabr 2018    
Birləşmiş Krallığın Səudiyyə Ərəbistanına etdiyi silah satışı ötən il 2016-cı ilə nisbətdə üçdə-iki dəfədən də çox miqdarda artıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu artım 450 milyon funtsterlinqdən yüksək miqdarda dəyərləndirilir.

Buna baxmayaraq, tərəflər arasında bir sıra “məxfi” adlandırılan sazişləri də nəzərə aldıqda silah satışındakı artımın görünəndən daha çox olduğunu anlamaq olar.

Britaniyanın Beynəlxalq Ticarət İdarəsinin statistikalarına görə, Birləşmiş Krallıq 2017-ci ildə 1,129 milyard funtsterlinq dəyərində hərbi əmtəələrlə bağlı 126 lisenziya verib.

Bu rəqəmlər 2016-cı ildə uyğun olaraq 679 milyon funtsterlinq və 103 lisenziya olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   Səudiyyə-Ərəbistanı  

Britaniyanın Səudiyyə Ərəbistanına silah satışı artıb

2018/10/71bef-1539954703.jpg
Oxunub: 242     18:34     19 Oktyabr 2018    