Tramp Meksikanı sərhədi bağlamaqla təhdid edib

2018/10/45645-1539938160.jpg
Oxunub: 212     12:34     19 Oktyabr 2018    
“Meksika ölkəmizin cənubundan gələn miqrant hücumuna qarşı tədbir görməzsə, onlara qarşı hərbi ölçü götürə bilərik”.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp səsləndirib.

İmmiqrant axınını ölkəsinə qarşı hücum kimi dəyərləndirən Tramp qanunsuz miqrasiya məsələsinin ABŞ-ın Meksika və Kanada ilə müzakirədə olan paktından daha önəmli olduğunu vurğulayıb.

O, eyni zamanda Qvatemala, Honduras və El Salvadora da toxunaraq, bu ölkələrin də öz xalqları üzərində nəzarəti itirdiklərini diqqətə çatdırıb.

“Bu ölkələrə bütün yardımları dayandırmaqdan əlavə, sözün ən sərt mənasında Meksikanın bu hücumu dayandırmasını istəyirəm və əgər o, bunu bacarmasa, mən ABŞ ordusunu işə salacam və cənub sərhədləri bağlanacaq”, - deyə Tramp əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Meksika  

Tramp Meksikanı sərhədi bağlamaqla təhdid edib

2018/10/45645-1539938160.jpg
Oxunub: 213     12:34     19 Oktyabr 2018    