Aİ ilk dəfə Çin XAO ilə birgə təlim-məşqi keçirib

2018/10/_9999-1539936892.jpg
Oxunub: 227     12:12     19 Oktyabr 2018    
Avropa İttifaqının hərbi qüvvələri ilk dəfə olaraq Çin Xalq Azadlıq Ordusunun donanması ilə birgə təlim-məşq həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu vaxta qədər tərəflər müxtəlif missiyalarda birgə fəaliyyət göstərsələr də, təlim baxımından bu bir ilkdir.

Qeyd edək ki, 2009-cu ilin yanvarından etibarən Aİ-nin hərbi qüvvələri və Çin donanması Somali sahillərində dəniz quldurluğuna qarşı müxtəlif əməliyyatlar keçiriblər.

Bu qarşılıqlı təmaslar əsasən Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti nəzdində aparılan “Atalanta” hərbi əməliyyatı zamanı baş verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:   Çin   XAO  

Aİ ilk dəfə Çin XAO ilə birgə təlim-məşqi keçirib

2018/10/_9999-1539936892.jpg
Oxunub: 228     12:12     19 Oktyabr 2018    