Tonoyan Aİ nümayəndələri ilə müdafiə sahəsini müzakirə edib

2018/10/14652-1539932185.jpg
Oxunub: 273     10:54     19 Oktyabr 2018    
Ermənistan-Aİ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən Davit Tonoyan Aİ-nin xarici fəaliyyət üzrə Avropa xidmətinin Avrasiya və Mərkəzi Asiya idarəetmə direktoru Tomas Mayr-Hartinqini və Ermənistanda Aİ-nin missiya rəhbəri səfir Pyotr Avitalskini qəbul edib.

Görüşdə təhlükəsizlik və müdafiə sahəsində Ermənistan-Aİ əməkdaşlıq məsələlərinin perespektivləri, xüsusilə Aİ-nin təlim tədris proqramlarına hərbi qulluqçuların cəlb edilməsi və Aİ-nin sülhməramlı missiyalarında iştirak etmək imkanları müzakirə edilib.

Tərəflər bu əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq beynəlxalq hüquqi bazanın hazırlanmasının vacibliyini vurğulayıblar.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan    

Tonoyan Aİ nümayəndələri ilə müdafiə sahəsini müzakirə edib

2018/10/14652-1539932185.jpg
Oxunub: 274     10:54     19 Oktyabr 2018    