Konqresmenlər Ər-Riyada silah satışının qadağasını müzakirə edirlər

2018/10/2018_-1539869225.jpg
Oxunub: 238     19:25     18 Oktyabr 2018    
ABŞ Konqresinin Nümayəndələr Palatasına Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihəni Massaçusetsdən olan demokrat vəkil, İnsan Hüquqları Komissiyasının həmsədri və eyni zamanda Konqresin Qaydalar Komitəsinin üzvü Cim Makqovern təqdim edib.

O, hazırladığı qanun layihəsini Camal Qaşıqçı məsələsinin beynəlxalq normaların kobud şəkildə pozulması faktı olması ilə əsaslandırıb.

Qanun layihəsində ABŞ ordusunun Səudiyyə Ərəbistanına hərbi satışların və yardımların dayandırılması göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ər-Riyad   Sanksiya   Qaşıqçı   ABŞ  

Konqresmenlər Ər-Riyada silah satışının qadağasını müzakirə edirlər

2018/10/2018_-1539869225.jpg
Oxunub: 239     19:25     18 Oktyabr 2018    