Yaponiya və Hindistan bir-birlərinin hərbi bazalarından istifadə edəcəklər

2018/10/3bd20-1539868812.jpg
Oxunub: 296     20:54     18 Oktyabr 2018    
Hindistan və Yaponiya Baş nazirləri bu ayın sonunda hərbi bazaların bölüşdürülməsi ilə bağlı sazişi müzakirə edəcəklər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, danışıqlar 28-29 oktyabr tarixlərində Tokioda baş tutacaq ikitərəfli sammitdə həyata keçiriləcək.

Məlumata görə, 13-cü Hindistan-Yaponiya sammiti çərçivəsində təşkil olunacaq danışıqlardan sonra müqavilənin imzalanması gözlənilir.

Müqaviləyə əsasən Hindistan donanması Yaponiyanın Cibutidəki bazasından, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri isə Hindistanın Andaman və Nikobar adalarındakı bazalarından istifadə haqqı qazanacaq.

Qeyd edək ki, Hindistan artıq 2016-cı ildə Fransa və ABŞ-la bu tipli müqavilə imzalayıb. Yaponiya ilə imzalanacaq müqavilə isə artıq Müdafiə nazirləri səviyyəsində müzakirə edilib və imzalanması məqbul görülüb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya   Hindistan  

Yaponiya və Hindistan bir-birlərinin hərbi bazalarından istifadə edəcəklər

2018/10/3bd20-1539868812.jpg
Oxunub: 297     20:54     18 Oktyabr 2018    