Türkiyə müdafiə büdcəsini artıracaq

2018/10/20637-1539868705.jpg
Oxunub: 330     20:32     18 Oktyabr 2018    
Türkiyə hökuməti 2019-cu maliyyə ili üzrə büdcə planında müdafiə və təhlükəsizlik qüvvələrinə ayrılacaq vəsaiti əhəmiyyətli dərəcədə yüksəltməyi planlaşdırır.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu, Türkiyə hökumətin 2018-2019-cu illər üçün hazırladığı yarımillik plandan aydın olub.

Məlumata görə, 2018-ci ildə 100 milyard türk lirəsi (17,3 milyard dollar) olan müdafiə və təhlükəsizlik büdcəsi növbəti il 21,5% artırılacaq.

Türkiyə Müdafiə Nazirliyi, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və Sahil Mühafizə Komandanlığını əhatə edən büdcə planı parlamentdə müzakirə ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Müdafiə-büdcəsi  

Türkiyə müdafiə büdcəsini artıracaq

2018/10/20637-1539868705.jpg
Oxunub: 331     20:32     18 Oktyabr 2018    