Pentaqon İŞİD-in xarici döyüşçülərinin sayını şişirdir?

2018/10/34534-1539868286.jpg
Oxunub: 386     20:09     18 Oktyabr 2018    
ABŞ Baş Qərargah rəisi general Cozef Danford hələ də hər ay İŞİD-ə qoşulmaq məqsədilə Suriya və İraqa 100-ə yaxın xaricinin getdiyini elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın Merilənd şəhərindəki hərbi təsisatda baş tutan konfrans zamanı danışıb.

Danford İŞİD-in hələ də müqavimət qabiliyyətli, qətiyyətli və yeni şərtlərə tez uyğanlaşa bilən olduqlarını bildirib.

Lakin bəzi tədqiqatçılar Danfordun İŞİD barəsində fikirlərini və açıqladığı rəqəmlərin ABŞ-ın Suriyadakı mövcudluğunu əsaslandırmaq məqsədilə şişirdildiyini güman edirlər.

Yaxın Şərq Forumunun təhlilçisi Aymen Əl-Tamimi bu rəqəmlərin süni şəkildə olduğundan yüksək təqdim edildiyini bildirib. İŞİD hazırda Suriyanın sadəcə kiçik səhralıq bir zonasını əlində saxlayır.

İraqla sərhəddə yerləşən bu bölgə əsas məskunlaşmış mərkəzlərindən kənarda yerləşir. Tamiminin sözlərinə görə, ABŞ-ın hazırda Suriyada hərbi mövcudluğunun hüquqi əsası İŞİD kimi terrorçu qrupların mövcudluğudur və bunların aradan qalxdığını göstərmək bu əsası zəiflədə bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   İŞİD  

Pentaqon İŞİD-in xarici döyüşçülərinin sayını şişirdir?

2018/10/34534-1539868286.jpg
Oxunub: 387     20:09     18 Oktyabr 2018    