T3 Azərbaycanla əməkdaşlığı dərinləşdirir: Silahlı PUA-lar satılacaq

2018/10/Bayka-1539772841.jpg
Oxunub: 2611     14:34     17 Oktyabr 2018    
İstehsal etdiyi silahlı PUA-ları hazırda iki ölkəyə satan “Türkiye Teknoloji Takımı” (T3) vəqfi bu rəqəmi dördə yüksəltməyi planlaşdırır və bu mənada Azərbaycanla danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə T3-ün İdarə Heyətinin sədri Səlçuk Bayrakdar bəyan edib.

Türkiyənin xaricə ixrac etdiyi ilk təyyarələrin milli PUA-lar olduğunu, lakin artıq daha böyüklərinin çatdırılacağını bildirən Bayrakdar, qurumun növbəti hədəfinin pilotsuz döyüş təyyarəsi istehsal etmək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dünyada ilk dəfə aviasiya vasitəsinə silah yerləşdirib istehsal edən ölkə İran olsa da, hazırda bu texnologiyanı İsrail və Amerika da olmaqla bir neçə ölkə ərsəyə gətirir.

“Rusiya demək olar ki, bu sahədə heç yoxdur. Amerika buna çox böyük vəsait yatırır. Məsələn, Çin də ortada yox idi, amma hər şeydə olduğu kimi buraya da birdə girdi və xeyli nəticə əldə edib. Türkiyə silahlı və silahsız PUA-ların istifadəsinə görə ilk üçlükdə, texnoloji inkişafda isə beşlikdədir. TSQ dünyada ən sıx əməliyyat həyata keçirən ordulardan biridir”, - deyə o qeyd edib.

Hazırda TSQ-nin inventarında 52, hüquq-mühafizə orqanlarında isə 6 silahlı PUA-nın olduğunu söyləyən Bayrakdar sözlərinə belə davam edib: “Hazırda 2 fərqli ölkəyə satacağıq. Bu rəqəmi 4-ə qədər yüksəldəcəyik. Azərbaycan ilə də təmaslar davam edir. Türkiyənin xaricə satdığı ilk təyyarə milli PUA-lar idi, amma indi böyüklər də tezliklə təslim ediləcək. Gələcəkdə hazırlanacaq bütün döyüş təyyarələri pilotsuz olacaq. Səs sürətinə yaxın, yaxud daha sürətli imkanlara sahib bir təyyarə olacaq. Onun da 2023-cü ildən öncə səmalarımızda uçuşuna başlayacağıq”.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: T3   Azərbaycan   Türkiyə  

T3 Azərbaycanla əməkdaşlığı dərinləşdirir: Silahlı PUA-lar satılacaq

2018/10/Bayka-1539772841.jpg
Oxunub: 2612     14:34     17 Oktyabr 2018    