“Qarabağ üçün şəhid düşməyə hazıram” – Hulusi Kılıç

2018/10/45645-1539754153.jpg
Oxunub: 3787     09:22     17 Oktyabr 2018    
“Azərbaycan bir vətəndir, candır, mənim ikinci vətənimdir. Ora üçün də, Qarabağ üçün də şəhid düşməyə hazıram”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Bakıdakı sabiq səfiri Hulusi Kılıç səsləndirib.

Ölkəmizin Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin qatıldığı tədbirdə onu müşayiət edən Kılıç Azərbaycanla bağlı düşüncələrini paylaşıb.

Türkiyənin 1993-ci ildə Ermənistanla sərhədlərini bağlamasını xatırladan sabiq səfir bu sərhədlərin Azərbaycan üçün qapadıldığını vurğulayıb.

“O sərhədlər 1993-ci ildə Azərbaycan üçün bağlandı. Dünyada bir ölkənin başqa ölkə üçün sərhədlərini bağlamasının bənzəri yoxdur. O baxımından bizim Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin nə qədər güclü olduğunu anlamaq və bilmək çox gözəl nümunədir. Mən də Azərbaycanda 5 ilə yaxın vəzifədə oldum, dövlət ordeni alan ilk səfirəm. Azərbaycan bir vətəndir, candır, mənim ikinci vətənimdir, Ora üçün də, Qarabağ üçün də şəhid düşməyə hazır olduğumu mən kameralar önündə söyləmişəm”, - deyə Hulusi Kılıç əlavə edib.

Öz növbəsində Xəzər İbrahim Azərbaycan və Türkiyə bayraqlarının tarix boyu yanaşı dalğalandığını dilə gətirib və “bir millət, iki dövlət” şüarı altında hər zaman da belə olacağına ümidvar olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Azərbaycan   Qarabağ  

“Qarabağ üçün şəhid düşməyə hazıram” – Hulusi Kılıç

2018/10/45645-1539754153.jpg
Oxunub: 3788     09:22     17 Oktyabr 2018    