Ukraynaya HHQ-yə məxsus Su-27 qəzaya uğrayıb

2018/10/15397-1539712436.jpg
Oxunub: 439     21:52     16 Oktyabr 2018    
Ukraynada həyata keçirilən “Açıq Səma 2018” hərbi təlimləri zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsi qəzaya uğrayıb.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hadisə Vinnitsa vilayətinin Ulaniv kəndində baş verib. Qəza nəticəsində təyyarənin hər iki pilotu həlak olub.

İlkin məlumatda ölənlərdən birinin Ukrayna HHQ-nin, digərinin isə ABŞ Milli Qvardiyasının hərbçisi olduğu bildirilsə də, daha sonra Ukrayna Müdafiə Nazirliyi pilotlar arasında ABŞ vətəndaşının olmasına dair deyilənləri təsdiqləməyib.

Qeyd edək qəza baş verərkən Su-27 "Açıq Səma 2018" hərbi təlimləri çərçivəsində döyüş missiyası həyata keçirirmiş. NATO ilə birlikdə təşkil olunan bu təlimdə Ukrayna ilə yanaşı, ABŞ, Britaniya, Estoniya, Polşa, Niderland, Danimarka, Belçika və Rumıniya hərbçiləri də iştirak edirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   Su-27  

Ukraynaya HHQ-yə məxsus Su-27 qəzaya uğrayıb

2018/10/15397-1539712436.jpg
Oxunub: 440     21:52     16 Oktyabr 2018    