Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub

2018/10/bc3c2-9238227624.jpg
Oxunub: 343     18:57     16 Oktyabr 2018    
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir. Hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirən Təşkilatın yubileyinin qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Qurum vətənpərvərlik tərbiyəsini, eləcə də azərbaycançılıq məfkurəsini gənc nəsil arasında təbliğ edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə oktyabrın 16-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səslənib.

Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, təşkilatın üzvləri, ictimai qurumların təmsilçiləri və gənclərlə yanaşı, müxtəlif ölkələrin veteran qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu qurumun yaradılmasının 30 illik yubileyi münasibətilə İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq nümayiş etdirmiş, Vətənə canı bahasına xidmət etmiş veteranları təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov adından təbrik edib.

Ölkəmizdə veteran hərəkatının yaranması və təşkilatın fəaliyyəti haqqında danışan Cəlil Xəlilov qeyd edib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermiş veteranlara Azərbaycanda ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə veteranlar təşkilatının fəaliyyətində canlanma yaranıb və bu hərəkat bütün ölkəni əhatə edib. Dahi şəxsiyyətin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynayıb.

Diqqətə çatdırılıb ki, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb.

Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan inzibati binanı, müntəzəm imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların və müharibə əlillərinin mənzil və avtomobillə təmin edilməsini, onlara Prezident təqaüdünün verilməsini və digər məsələləri qeyd etmək olar.

Veteranların sosial müdafiəsinin təminində bütün dövlət orqanlarının köməyini yüksək qiymətləndirən, Prezidentin qayğısını xüsusi qeyd edən C.Xəlilov səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulanıb ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğı mühüm rol oynayır. Prezident İlham Əliyevin veteranlara hərtərəfli qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqelərinin, sosial müdafiəsinin gücləndirilməsidir. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər.

C.Xəlilov Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, mətbuatda aparılan təbliğat işlərindən danışıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov əlamətdar hadisə münasibətilə dost ölkələrdən gəlmiş veteran təşkilatlarının rəhbərlərini salamlayıb, Respublika Veteranlar Təşkilatının üzvlərini, veteranları yubiley münasibətilə təbrik edib. T.Süleymanov bildirib ki, Respublika Veteranlar Təşkilatının Azərbaycan cəmiyyətinin həyatında müstəsna yeri və rolu var. Bu müstəsnalıq ondan irəli gəlir ki, təşkilatın sıralarında Azərbaycanın ən layiqli nümayəndələri, o cümlədən İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, Silahlı Qüvvələr və əmək veteranları birləşiblər. Veteranların keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı, xüsusində gənclər üçün örnəkdir. Müxtəlif təşkilatlar gənclərlə görüş keçirdiyində veteranlarımızı dəvət edirlər, onlardan öz şərəfli həyat yollarından danışmalarını istəyirlər. Təsadüfi deyil ki, bugünkü tədbirdə veteranlarla yanaşı, çoxlu sayda gənc də iştirak edir.

Tahir Süleymanov qeyd edib ki, Respublika Veteranlar Təşkilatının əsas vəzifələrindən biri veteranlara qayğı göstərilməsi, onların sosial hüquqlarının təmin olunması istiqamətində fəaliyyət göstərməkdir. Qurum bu istiqamətdə dövlət orqanları ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanda veteranlara göstərilən dövlət qayğısından danışan Prezident Administrasiyasının şöbə müdirinin müavini bildirib: “Ümummilli lider Heydər Əliyev veteranlara daim yüksək diqqət və qayğı göstərirdi. Məhz Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda “Veteranlar haqqında” Qanun qəbul edilib, veteranlarla iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət tərəfindən müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara evlərin, mənzillərin, minik avtomobillərinin paylanılmasına başlanılıb. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 2015-ci ildə Respublika Veteranlar Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Respublika Veteranları Təşkilatına hər il dövlət büdcəsindən birbaşa maliyyə yardımları ayrılır. Dövlət tərəfindən veteranlara, Respublika Veteranları Təşkilatına qayğı göstərilir. Bu diqqət və qayğı gələcəkdə də yüksələn xətlə davam edəcək”.

Yubiley münasibətilə təşkilatın rəhbərliyini və bütün üzvlərini bir daha təbrik edən Tahir Süleymanov gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi işində onlara uğur, əzm və fədakarlıq arzulayıb.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov veteranları təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb. Veteranların Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, ölkəmizin inkişafında əsl vətənpərvərlik nümunəsi göstərdiklərini, Prezidentin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini vurğulayan Siyavuş Novruzov onların gənc nəsillərə örnək olduğunu deyib. Bildirib ki, veteranlardan ilham və tövsiyə alan gənclərimiz Vətən uğrunda canlarından da keçməyə hazırdırlar. Aprel döyüşləri bunun bariz nümunəsidir.

Siyavuş Novruzov qeyd edib ki, Böyük Vətən müharibəsində 700 minədək azərbaycanlı iştirak edib. Qarabağ döyüşlərində Azərbaycan əsgərləri həmişə rəşadətlə vuruşublar. Veteranlar onlara daim nümunə olub, təcrübələrini cəbhə bölgəsində əsgərlərlə bölüşüblər. Odur ki, biz veteranlarımızı daim qorumalı, onların sosial təminatını diqqət mərkəzində saxlamalıyıq. Bu gün veteranlarımıza Azərbaycan dövləti tərəfindən ən yüksək diqqət və qayğı göstərilir. Bu qayğının banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra veteranların hüquqları bərpa olunub və sosial müdafiəsi təmin edilib. Bu gün Prezident İlham Əliyev veteranlara qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. İlham Əliyevin prezident seçildiyi 15 il ərzində veteranlarımız dövlətin tam qayğısı ilə əhatə olunub.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aydın Əyyubov nazirliyin rəhbərliyi və kollektivi, Ordumuzun şəxsi heyəti adından Respublika Veteranlar Təşkilatının bütün üzvlərini yubiley münasibətilə təbrik edib. O bildirib ki, təşkilat ordumuzun şəxsi heyətinin döyüş və mənəvi ruhunun yüksəldilməsində, xalqımızın qəhrəmanlıq ənənələrinin gənclərə çatdırılmasında böyük işlər görürlər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin yubiley münasibətilə veteranlara təbrik məktublarını oxuyublar.

Tədbirdə iştirak edən qonaqlar - Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko, Rusiya Veteranlar Təşkilatının sədr müavini Aleksandr Kravçuk, Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov, Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini Aytkali İsenqulov, Belarus Veteranların İctimai Birliyinin sədri İvan Qordeyçuk, Gürcüstan Müharibə və Silahlı Qüvvələr Mərkəzi Veteranlar Təşkilatının sədri Tengiz Şubladze və başqaları çıxışlarında Azərbaycan Respublikası Veteranlar Təşkilatı ilə səmərəli əməkdaşlıq əlaqələrindən, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıb, yubiley münasibətilə səmimi təbriklərini çatdırıblar.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

Ordu.az

Teqlər: Respublika-Veteranlar-Təşkilatı  

Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub

2018/10/bc3c2-9238227624.jpg
Oxunub: 344     18:57     16 Oktyabr 2018    