Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul prosesi başlayıb

2018/10/41c7e-1539704186.jpg
Oxunub: 438     19:18     16 Oktyabr 2018    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında Təlimat”-ın tələblərinə uyğun olaraq oktyabrın 16-da Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul prosesi həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi – professor, polkovnik Elşən Həşimov məruzə ilə çıxış edərək bildirib ki, təlimata uyğun olaraq yaradılan qəbul komissiyası Andyunkturaya sənəd vermiş namizədlərin sənədlərini müvafiq qaydada yoxlayıb və qəbul edib.

2018-ci ilin iyun ayında keçirilmiş ilkin seçim və söhbətləşmədə komissiya üzvləri və elmi rəhbərlər iştirak edib. İlkin seçim mərhələsinin nəticələri Hərbi Akademiyanın Elmi şurasına təqdim edilib. İmtahanlara hazırlıq məqsədilə Hərbi Akademiyada namizədlərlə dərslər və məsləhət saatları təşkil edilib və keçirilib.

İmtahan komissiyasının rəhbəri, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev imtahan komissiyası yanında yardımçı komissiyanın üzvləri ilə görüşərək imtahanların yüksək səviyyədə keçirilməsi, obyektivliyin və şəffaflığın təmin olunması barədə konkret tapşırıqlar verib.

Nazir müavini həmçinin adyunkturaya qəbul olmaq arzusunda olan namizədlərlə də görüşərək onlara imtahanda uğurlar arzulayıb, yaradılan elmi mühitdən yararlanmağı tövsiyə edib.

Qeyd edək ki, namizədlərin ixtisas hazırlığı, xarici dil və fəlsəfədən verəcəkləri imtahanlardan sonra ümumi nəticələrə əsasən adyunkturaya qəbul olanların adları məlum olacaq.

Ordu.az

Teqlər: Müdafiə-Nazirliyi  

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul prosesi başlayıb

2018/10/41c7e-1539704186.jpg
Oxunub: 439     19:18     16 Oktyabr 2018    