ABŞ-ın Ermənistandakı səfiri: “Ərazilərin müəyyən hissəsi geri qaytarılacaq”

2018/10/45645-1539691214.jpg
Oxunub: 2323     15:59     16 Oktyabr 2018    
“Status-kvo Ermənistan üçün xeyirli deyil, bağlı sərhədlər ölkənin material və insan resurslarında gərginlik riskini artırır... Gerçəklik odur ki, istənilən həll prosesində ələ keçirilən ərazilərin müəyyən hissəsi geri qaytarılacaq”.

Ordu.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils EVN Report-a açıqlamasında bildirib.

Mils qeyd edib ki, Qarabağ münaqişəsi həll edilməmiş qaldığı müddətcə Rusiya ilə Ermanistan arasında xüsusi əlaqələr qalacaq.

Səfir həmçinin onu da deyib ki, işğal altında olan ərazilərin qaytarılması üzrə həll yolu əsasən “Madrid prinsipləri”ni əhatə edir. Aprel döyüşlərinə də toxunan Mils qeyd edib ki, aprel döyüşləri kimi hadisələr erməni xalqı üçün ağır bir dövr olub.

“Minsk qrupuna onun əsasnaməsindəki səlahiyyətləri reallıqda yerinə yetirmə imkanı verməlidir. Əks təqdirdə Minsk qrupu öz fəaliyyət qabiliyyətini itirəcək və neytral oyunçu olmaqdan çıxacaq... Gerçəklik odur ki, istənilən həll prosesində ələ keçirilən ərazilərin müəyyən hissəsi geri qaytarılacaq”, - deyə o əlavə edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

ABŞ-ın Ermənistandakı səfiri: “Ərazilərin müəyyən hissəsi geri qaytarılacaq”

2018/10/45645-1539691214.jpg
Oxunub: 2324     15:59     16 Oktyabr 2018    