Dənizaltı döyüş sistemləri bazarı: 2025

2018/10/5345-1539687932.jpg
Oxunub: 312     15:03     16 Oktyabr 2018    
Qlobal dənizaltı döyüş sistemləri bazarı 2025-ci ilə qədər 18.2 mlrd dollar artım təşkil edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Credence Research”in yayımladığı hesabatda qeyd olunub.

Hesabatda qeyd olunub ki, mürəkkəbləşən geosiyasi şəraitdə təhdidlər qarşısında yaranan yeni paradiqma dənizaltı döyüş sistemlərinin təkmilləşməsini tələb edir.

Məlumata görə, bu gün dənizaltı döyüş sistemləri mürəkkəb texnologiyadan istifadə etməklə vacib kommunikasiya, təyinetmə və hücuma əsaslanan strategiyaya yönəlib. Belə ki, bu sistemlər döyüş təyyarələrinin daşınması və digər takiki-hücum əməliyyatlarını yerinə yetirməyə imkan verəcək.

Araşdırmada həmçinin bu sahədə aparıcı şirkətlərin adları da yer alıb. Bunlar “Boeing Company”, “QinetiQ Limited”, “General Dynamics Corporation”, “Saab Group”, “Textron Inc”, “Safran SA”, “Thales Group” və “Elbit Systems Ltd.”dir.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Qlobaldənizaltıdöyüşsistemləribazarı  

Dənizaltı döyüş sistemləri bazarı: 2025

2018/10/5345-1539687932.jpg
Oxunub: 313     15:03     16 Oktyabr 2018    