ABŞ DD-nin rəsmi nümayəndəsi: "Qarabağ münaqişəsinin həlli Madrid prinsiplərinə əsaslanır"

2018/10/45645-1539676300.jpg
Oxunub: 1041     11:50     16 Oktyabr 2018    
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyir".

Ordu.az xəbər verir ki, bunu bu gün ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent İrəvanda keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sonuncu görüşü keçirilib və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin bir-biri ilə əlaqə saxlamasını dəstəkləyirlər.

"Hər bir ölkə ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək hüququ və güc tətbiq edilməməsi hüququnu özündə əks etdirən "Madrid prinsipləri" kimi tanınan ATƏT standartlarını tanıyır. Hər bir ölkənin buna qarşı öz şərhini ola bilər, lakin problemin həlli bu prinsiplərə əsaslanır", - deyə Kent bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qarabağ   Madrid-prinsipləri  

ABŞ DD-nin rəsmi nümayəndəsi: "Qarabağ münaqişəsinin həlli Madrid prinsiplərinə əsaslanır"

2018/10/45645-1539676300.jpg
Oxunub: 1042     11:50     16 Oktyabr 2018    