TTM-də “On beş illik prezidentlik dövrünün möhtəşəm salnaməsi” adlı tədbir keçirilib - FOTOLAR

2018/10/be061-1539668778.jpg
Oxunub: 504     09:44     16 Oktyabr 2018    
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin prezidentlik fəaliyyətinin 15 illiyi ilə bağlı Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hisslərində və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan prezidenti İlham Əliyevin Vətən, xalq, dövlət qarşısında müstəsna xidmətləri bir daha xatırlanır, on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsinə nəzər salınır.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun ifa etdiyi “ İlhamlı günləri Azərbaycanın” (sözləri A.Qurbaninin, musiqisi Azad Zahidindir) mahnısının sədaları altında İlham Əliyevin ali dövlət vəzifəsində çalışdığı 15 ilin mənzərəsi qısa video-xronika vasitəsi ilə tədbir iştirakçılarına təqdim edilib.

Layihə müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbirə “On beş illik prezidentlik dövrünün möhtəşəm salnaməsi” adının verilməsinin heç də təsadüfi olmadığını qeyd edərək bildirib ki, bir neçə gün öncə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov da bu adla geniş bir məqalə ilə çıxış edib. Həmin məqalə nəinki respublikamızda, eləcə də dünyanın bir çox ölkələrində böyük marağa səbəb olub. Azərbaycan Ordusunda bu münasibətlə keçirilən bütün tədbirlər də məhz bu deviz altında təşkil olunur. Həqiqətən də Ali Baş Komandan İlham Əliyevin əsrə bərabər 15 illik prezidentlik dövrü möhtəşəm zəfər salnaməsidir və bu tarix hər birimizin gözləri qarşısında yazılmışdır.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev mövzu ilə bağlı geniş məruzə edib. O, professor Əli Həsənovun məqaləsinə istinadən qeyd edib ki, Ümummilli Liderimizin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 15 il əvvəl, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Ulu Öndərimizin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək 76.8 % səslə onu özünə yeni Prezident seçdi. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “ Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də yenidən inamlı qələbə qazandı.

General-mayor R.Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də cənab İlham Əliyevin misilsiz xidmətləri olduğunu nəzərə çatdırıb. O, vurğulayıb ki, müasir mütəşəkkil Azərbaycan Ordusunu yaratmaq Ulu Öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindəndirsə, bu Ordunun dünyanın 50 ölkəsinin ən güclü orduları sıralarına yüksəldilməsi isə İlham Əliyevin qətiyyətli sərkərdəliyinin nəticəsində mümkün olmuşdur.

Hazırda ordumuzun maddi-texniki bazası daha da möhkəmlənir, yeni-yeni silahlar, zenit-raket kompleksləri, artilleriya qurğuları, aviasiya vasitələri, hərbi gəmilər alınır və respublikamızda istehsal olunan müdafiə sənayesi nümunələri artıq dünya sərgilərində böyük marağa səbəb olur. Əsgəri xidmət üçün ən müasir şərait yaradılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhu və vətənpərvərlik hissi durmadan artır. Bütün bunlar ölkə rəhbərliyinin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsidir. Azərbaycan əsgəri bu etimada cavab olaraq Ali Baş Komandanın hər bir əmrinə hazırdır və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda böyük inam hissi ilə dediyi “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan – Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır.” kəlamları alqışlarla qarşılanıb. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı “Azərbaycan Bayrağı” xoreoqrafik kompozisiyasını məharətlə təqdim edib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Azərbaycan tarixinin əsrə bərabər 15 ilinin uğurlarından danışıb, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin məhz prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirildiyini bildirib.

Millət vəkili, Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov 15 illik prezidentlik dövrünün elmi əsaslarla izahını verərək, ölkə rəhbərinin daxili və xarici siyasətinin uğurlu nəticələrinə dair fikirlərini bildirib.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov ulu öndər Heydər Əliyevin vaxtında olduğu kimi, son 15 il ərzində də prezident İlham Əliyevin şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşdığını, onların dövlət hesabına fərdi ev, mənzil, minik maşını ilə təmin olunduqlarını minnətdarlıqla diqqətə çatdırıb.

Tədbirdə vətənpərvərlik mahnıları və şeirlər ifa olunub. “Ali Baş Komandanın hər bir əmrinə hazırıq! adlı” ədəbi-bədii kompozisiya ilə mərasim başa çatıb.

Ordu.az

Foto

Teqlər: MN   TTM   Tədbir  

TTM-də “On beş illik prezidentlik dövrünün möhtəşəm salnaməsi” adlı tədbir keçirilib - FOTOLAR

2018/10/be061-1539668778.jpg
Oxunub: 505     09:44     16 Oktyabr 2018    