MN: Daşkənddə müdafiə nazirləri arasında heç bir görüş olmayıb

2018/10/44b69-1539613262.jpg
Oxunub: 861     18:11     15 Oktyabr 2018    
"Qəti surətdə bəyan edirik ki, Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb".

Bunu Ordu.az-a, MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən növbəti 75-ci iclasında guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş və danışığın olmasına dair sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlik bəyan edib ki, iddia olunduğu kimi nə qapalı qapılar arxasında, nə də ümumiyyətlə belə bir danışıqlar keçirilməyib.

"Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən növbəti 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilir, o cümlədən guya Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüşün keçirilməsi iddia edilir. Müdafiə Nazirliyi qəti surətdə bəyan edir ki, Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil", - deyə nazirliyin açıqlamasında bildirib.

Ordu.az

Teqlər: MN   Görüş  

MN: Daşkənddə müdafiə nazirləri arasında heç bir görüş olmayıb

2018/10/44b69-1539613262.jpg
Oxunub: 862     18:11     15 Oktyabr 2018    