Mettis ABŞ ordusunu yenidən formalaşdırmağa çalışır: Bəs Tramp?

2018/10/PEC3U-1539611901.jpg
Oxunub: 309     17:57     15 Oktyabr 2018    
ABŞ-ın Müdafiə naziri Ceyms Mettis vəzifəyə gəldikdən az müddət sonra, ABŞ ordusunun daha az pul sərf edən, dünya üzrə ittifaqları dərinləşdirən, Rusiya və Çinə qarşı inkişaf edən və daha yaxşı təchiz olunmuş ölümcül bir gücə çevrilməsi üçün yola çıxıb.

Ordu.az xəbər verir ki, lakin görünən odur ki, bir müddət sonra prezident Donald Tramp onun bu yolunu kəsməyə başlayıb.

Belə ki, Tramp Mettisdən kosmik qüvvə, tansseksualların orduda iştirakına qadağa, hərbi parad və sərhəddə Milli Qvardiyanın yerləşdirilməsi kimi bir sıra hərbi-siyasi təşəbbüslər tələb edib.

Bazar günü Mettisin hökumətdə qalıb-qalmayacağına dair verilə suala Tramp dəqiq bilmədiyini və bu barədə özünə məlumat verilmədiyini söyləyib.

“Əgər düzünü bilmək istəyirsizsə, o, bir növ demokratdır. Lakin general Mettis yaxşı oğlandır. Bizim birlikdə yaxşı çalışırıq. O tərk edə bilər. Yəni demək istəyirəm ki, bir nöqtədə hər kəs gedir. Hər kəs. İnsanlar tərk edir. Bura Vaşinqtondur”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 68 yaşlı Mettis 21 aylıq fəaliyyəti dövründə əsaslı dəyişiklər üçün zəmin yarada bilib. Lakin ABŞ Silahlı Qüvvələrinin təlim, mübarizə və təchizatla təmin edilməsi üçün hələ də islahatlar həyata keçirilməyib.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Tramp   Mettis   ABŞ  

Mettis ABŞ ordusunu yenidən formalaşdırmağa çalışır: Bəs Tramp?

2018/10/PEC3U-1539611901.jpg
Oxunub: 310     17:57     15 Oktyabr 2018    