ABŞ Əfqanıstandan çəkilməsinin “Taliban”la müzakirəsinə razılaşıb?

2018/10/13960-1539610446.jpg
Oxunub: 306     22:32     15 Oktyabr 2018    
“Birləşmiş Ştatlar qoşunlarının Əfqanıstandan çəkilməsinə razılıq verib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstanda Uzlaşma üzrə Xüsusi nümayəndəsi Zalmay Xəlilzadə ilə görüşən “Taliban” nümayəndəsi bildirib.

Adının açıqlanmasını istəməyən mənbə Dohada 6 nəfərlik ABŞ nümayəndə heyəti ilə görüşdüyünü və bu heyətin “Taliban” liderləri ilə xarici qoşunların ölkəni tərk etməsi də daxil, bütün məsələlər üzrə müzakirələr aparmağa razılıq verdiyini vurğulayıb.

Buna baxmayaraq o, bunun ilkin görüş olduğunu və bütün məsələlərin daha yüksək səviyyədə müzakirə ediləcəyini bildirib. Mənbə növbəti görüşün yaxın gələcəkdə baş tutacağını dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ Əfqanıstandan çəkilməsinin “Taliban”la müzakirəsinə razılaşıb?

2018/10/13960-1539610446.jpg
Oxunub: 307     22:32     15 Oktyabr 2018    