2048-ci ildə müharibələrdə mutant əsgərləri görə bilərik - HESABAT

2018/10/a-man-1539610039.jpg
Oxunub: 383     21:25     15 Oktyabr 2018    
Əgər siz tükənməz fiziki və mental gücə malik mutant əsgərlərin elmi fantastikadan başqa bir şey olmadığını düşünürsünüzsə, bu xəbər sizi şoka sala bilər.

Ordu.az xəbər verir ki, bununla bağlı Britaniya Müdafiə Nazirliyinə bağlı “İnkişaf, Konsepsiyalar və Doktrina Mərkəzi” adlı beyin mərkəzi dəhşətli hesabat hazırlayıb.

“Qlobal Strateji Trendlər: Gələcək bu gün başlayır” adlı hesabatda cəmi bir nəsil sonra genetik olaraq dəyişdirilmiş əsgərlərin həqiqətə çevrilə biləcəyinə dair xəbərdarlıq edilir.

Bildirilir ki, bionik əsgərlərin yaradılması ölkələrin öz hərbi imkanlarını artırmasına və onların döyüş meydanındakı performanslarını inkişaf etdirməsinə imkan verəcək.

Beyin mərkəzinə görə, cəmi 30 il ərzində mutant əsgərlər nəhəng ağırlıqda yükləri qaldıra və çox uzaq məsafələrə ağlasığmaz sürətlə hərəkət edə biləcəklər. Onların həm də infraqırmızı gecə görmə qabiliyyətinə malik olması və elektron telepatiya vasitəsilə öz düşüncələrini digərlərinə ötürməsi də mümkün ola bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Mutant-əsgərlər  

2048-ci ildə müharibələrdə mutant əsgərləri görə bilərik - HESABAT

2018/10/a-man-1539610039.jpg
Oxunub: 384     21:25     15 Oktyabr 2018    