ABŞ hökuməti hərbi molekulları ərsəyə gətirməyə çalışır

2018/10/45645-1539609809.jpg
Oxunub: 378     18:21     15 Oktyabr 2018    
ABŞ hökuməti Pentaqonun ehtiyaclarını sürətli şəkildə qarşılamaq məqsədilə hərbi molekulların izlənməsi və əldə edilməsinə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələr Agentliyinin Müdafiə Elmləri İdarəsinin rəhbəri Anna Fişer bildirib.

Onun sözlərinə görə, DARPA-nın həyata keçirdiyi Sürətləndirilmiş Molekulyar Kəşf proqramının məqsədi hipersürətə malik yeni molekulların aşkarlanması üçün tədqiqat və sınaqların həyata keçirilməsidir.

“Onun son məqsədi bəlli xüsusiyyətlərə malik yeni molekulların dizaynlaşdırılması, yoxlanması və optimallaşdırılması üçün sərf edilən müddəti bir neçə ildən bir neçə aya və hətta bir neçə həftəyə qədər azaltmaq üçün zamanı sürətləndirməkdir”, - deyə Fişer söyləyib.

O bildirib ki, rəhbərlik etdiyi idarə molekulların avtonom dizaynlarının Pentaqonun ehtiyaclarına uyğunlaşmasına imkan verəcək süni zəka alətləri, modelləri və eksperimental sistemləri əldə etmək istəyir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Hərbi-molekullar  

ABŞ hökuməti hərbi molekulları ərsəyə gətirməyə çalışır

2018/10/45645-1539609809.jpg
Oxunub: 379     18:21     15 Oktyabr 2018    