NI: ABŞ HHQ-nin yeni silahları nəyə qadirdir?

2018/10/F-22_-1539607349.jpg
Oxunub: 394     16:40     15 Oktyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri və “Lockheed Martin” F-22 “Raptor” üçün nəzərdə tutulan iki yeni silahın istifadəyə verilməsi ilə bağlı qərarı təsdiqləyib.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bir neçə il ərzində sınaq və təkmilləşdirmə mərhələsindən keçən bu silahlar AIM-9X hava-hava raketi və AIM 120-D-nin modernləşdirilmiş versiyalarıdır.

Yeni AIM-9X daha uzaq məsafəyə zərbə endirmə qabiliyyəti əldə etməklə yanaşı, həm də pilotlara daha geniş nişanalma bucağı təmin edəcək.

AIM-120D raketi isə üfüqdən uzağa vurma qabiliyyətinə malik Qabaqcıl Orta-mənzilli Hava-Hava raketidir. Bu raket həm gündüz, həm də gecə zamanı bütün hava şəraitləri üçün əlverişlidir.

AIM-120D-nin yeni versiyasında onun zərbə radiusu, GPS naviqasiya imkanı və nişanalma sistemi daha da artırılıb. Eyni zamanda o, daha yaxşı manevr qabiliyyəti əldə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ   AIM-9X  

NI: ABŞ HHQ-nin yeni silahları nəyə qadirdir?

2018/10/F-22_-1539607349.jpg
Oxunub: 395     16:40     15 Oktyabr 2018    